YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib

    YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib



    Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının XI konfransı keçirilib.

    Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Masallı şəhərində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

    Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Konfransda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev hesabat məruzəsi ilə çıxış edib. O, hesabat dövründə təşkilat tərəfindən həyata keçirilən işlər, rayonda keçirilən ictimai-siyasi tədbirlər və partiya üzvlərinin ictimai proseslərdə fəal iştirakı barədə məlumat verib.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətdən, sosial-iqtisadi inkişafdan, genişmiqyaslı islahatlardan və sosial layihələrdən danışıb. Qeyd edib ki, son illərdə görülən işlər ölkənin hərtərəfli inkişafına, əhalinin sosial rifahının yüksəldilməsinə və regionların inkişafına mühüm töhfələr verib.

    Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolundan, partiyanın dövlətçilik maraqlarına və xalqın iradəsinə əsaslanan fəaliyyətindən bəhs ediblər.

    Konfransda Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, şəhid anası Mehriban Sultanova, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Seymur Nuriyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı filialının sədri Nahid Rəhimov, Mahmudavar ərazi partiya təşkilatının sədri Kinəxanım Əliyeva da çıxış ediblər.

    Çıxışlarda Azərbaycanın müstəqillik dövründə qazandığı mühüm nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının rolundan bəhs olunub.

    Konfransda YAP Masallı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.

    Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.











    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:55 YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib
    2. 18:47 Rayon rəhbəri I Qarabağ müharibəsi iştirakçısını qəbul edib
    3. 09:51 MÜHÜM VƏZİFƏLƏR QARŞISINDA
    4. 20:39 Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə edilib
    5. 20:08 Masallı Rayon İcra Hakimiyyəti başçsının 10.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    6. 17:20 Rayon rəhbəri Masallı şəhər ərazisində şəhid məzarlarını ziyarət etdi 09.09.2026
    7. 16:23 Rayon rəhbəri 09 sentyabr 2026-cı il tarixdə Masallı şəhər ərazisində səyyar qəbul keçirib
    8. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    9. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    10. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    11. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    12. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    13. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    14. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    16. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    17. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    18. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    19. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    20. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    21. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    22. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    23. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    24. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    25. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    26. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    27. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    28. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    29. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    30. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    31. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    32. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    34. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    35. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    36. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    37. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    38. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    39. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    40. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ