Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub

14 oktyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Musaküçə kəndində ümumi uzunluğu 630 metr olan kənddaxili yola asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub.
Xeyriyyəçilərin dəstəyi ilə həyata keçirilən yol təmiri işlərini yüksək qiymətləndirən rayon rəhbəri bu təşəbbüsə görə dəstək göstərənlərə minnətdarlığını bildirib.
Araz Əhmədov qeyd edib ki, Masallıda xeyriyyəçilik ənənələri daim yaşadılır və bu cür təşəbbüslər kəndlərin infrastrukturunun yaxşılaşdırılmasına, sakinlərin rahatlığının təmin olunmasına mühüm töhfə verir. O, xeyriyyəçilərin doğma rayonun inkişafına göstərdikləri dəstəyin təqdirəlayiq nümunə olduğunu vurğulayıb.
Musaküçə kəndində yolun asfaltlanması sakinlərin gediş-gəlişinin rahatlaşdırılmasına xidmət etməklə yanaşı, ərazinin abadlaşdırılması baxımından da əhəmiyyət daşıyır.
































