Masallıda 13.11.2026-cı il tarixli növbəti əmək yarmarkası
- Bu gün, 17:41
- Siyasət
- 0
- 5
13 noyabr 2026-cı il tarixində Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, Lənkəran-Astara Regional Məşğulluq filialının direktoru Rasim Hazərmşah, aidiyyəti qurumların əməkdaşları, müxtəlif müəssisələrin nümayəndələri, eləcə də işsiz və işaxtaran şəxslər iştirak ediblər.
Əmək yarmarkasında 19 işəgötürən müəssisə tərəfindən ümumilikdə 87 vakant iş yeri təqdim olunub. Yarmarkada 300-ə yaxın işsiz və işaxtaran şəxs qeydiyyatdan keçərək iştirak edib.
İştirakçılar arasında müharibə iştirakçıları, qazilər, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər və tələbələr də yer alıblar. Bu cür tədbirlər əhalinin məşğulluğunun təmin olunması, işaxtaran şəxslərin əmək bazarına inteqrasiyası, həmçinin sosial həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yarmarka çərçivəsində işəgötürən müəssisələrin nümayəndələri vakant vəzifələrə müraciət edən şəxslərin CV-lərini qəbul edərək nəzərdən keçiriblər. Tələblərə uyğun namizədlər isə növbəti seçim mərhələsinə dəvət olunublar.
Qeyd edək ki, bu kimi əmək yarmarkalarının keçirilməsində əsas məqsəd işəgötürənlərlə işaxtaran şəxslər arasında birbaşa əlaqələrin yaradılması, mövcud vakant iş yerləri barədə məlumatlandırmanın təmin edilməsi və əhalinin məşğulluq imkanlarının artırılmasıdır.

































