Masallıda əmək yarmarkası: 20 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya
- Bu gün, 10:10
- Maraqlı
- 0
- 5
27 noyabr 2025-ci il tarixində Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran–Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə əmək yarmarkası təşkil olunmuşdur.
Yarmarkada Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, Lənkəran–Astara Regional Məşğulluq filialının müdiri Rasim Harəzmşah, işə götürən müəssisələrin nümayəndələri və işaxtaranlar iştirak etmişdir.
Yarmarkaya 20 işəgötürən tərəfindən 100-dən artıq vakansiya təqdim edilmişdir. Təşkil olunmuş yarmarkada 200-ə yaxın işsiz və işaxtaran şəxs qeydiyyatdan keçərək iştirak etmişdir. Həmçinin iştirak edən işsiz və işaxtaran şəxslər sırasında müharibə iştirakçıları, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər və universitet məzunları yer almışlar.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin anket məlumatları qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.




































