Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid atası Sarbala Babayevi 60 illik yubileyi münasibətilə təbrik edib
- 13-11-2026, 23:30
- Siyasət
- 0
- 2
13 noyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalmış Sahil Babayevin atası Sarbala Babayevi 60 illik yubileyi münasibətilə qəbul edib.
Görüş zamanı rayon rəhbəri Sarbala Babayevi əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavanlıq arzulayıb.
Araz Əhmədov şəhid ailələrinə göstərilən dövlət diqqət və qayğısının ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsi daim əziz tutulur, onların ailə üzvləri hər zaman diqqət və qayğı ilə əhatə olunurlar.
Şəhid atası Sarbala Babayev göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlığını bildirib.
Görüşün sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Sarbala Babayevə 60 illik yubileyi münasibətilə TƏŞƏKKÜRNAMƏ təqdim etmişdir.






























