Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
- Bu gün, 15:12
- Maraqlı
- 0
- 6

Qurultay zalındakı o qürurlu ab-hava, partiya fəallarının həmrəyliyi bir daha göstərdi ki, ölkəmizin son illər ərzində keçdiyi uğurlu və şərəfli yolda hər bir partiya üzvünün, fəalın əvəzsiz payı və böyük töhfəsi var.
Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qurultaydakı çıxışında səsləndirdiyi fikirlər hər bir azərbaycanlı üçün dərin məna daşıyır və gələcək fəaliyyətimizin əsas xəttini müəyyənləşdirir. Dövlət başçısının haqlı olaraq vurğuladığı kimi, biz hamımız hər bir vətənpərvər azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı öz dövləti ilə qürur duyur. Çünki Azərbaycan dünyada misli görünməmiş bir Qələbəyə imza atıb özü də təkbaşına!
Ulu Öndərin siyasi xətti bu gün də dəyişməz olaraq qalmaqdadır. Təbii ki, zamanın tələbinə uyğun olaraq taktiki və strateji məqsədlərdə müəyyən dəyişikliklər olsa da, əsas ana xətt – müstəqillik, güclü dövlətçilik, iqtisadi müstəqillik, qüdrətli hərbi potensial və daxili imkanlardan maksimum istifadə prinsipi toxunulmazdır. Unutmamalıyıq ki, bütün bu qələbələrimizin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı şərəfli dövrdən başlanıb.
Cənab Prezidentin də qeyd etdiyi kimi, ideoloji məkanımız hər cür yad ünsürlərdən və yad təsirlərdən tamamilə azad olmalıdır. Bu, eyni zamanda bizim müstəqil xarici siyasət strategiyamızın özəyidir: xarici siyasətimizi elə qururuq və qurmalıyıq ki, heç kim daxili işimizə müdaxilə edə bilməsin. Azərbaycanın heç kimin köməyinə və ya himayədarlığına ehtiyacı yoxdur!
Güclü, suveren və qalib Azərbaycan öz Liderinin ətrafında sıx birləşərək inamla irəliləyir!
Qardaşov Aynur,
Masallı şəhər sakini





























