Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib

    Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib

    • 5-10-2026, 21:33
    • İdman
    • 0
    • 923

    Oktyabrın 3-4-də Masallı Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri baş tutub. İkigünlük yarış Əməkdar məşqçi, SSRİ idman ustası, məşhur pəhləvan Nadir Ağayevin xatirəsinə və “Şöhrət” ordenli, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunub. Turnirdə respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 22 komandanın heyətində 2010–2012-ci il təvəllüdlü (U-17) 300 idmançı 15 çəki dərəcəsində mübarizə aparıb.

    Yarışın rəsmi açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi Zamin Məmmədov, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, “Şöhrət” ordenli Yaqub Məmmədov və RF Əməkdar məşqçisi Məşkur Qasımov çıxış ediblər. Natiqlər Nadir Ağayev güləş məktəbinin və Yaqub Məmmədovun Azərbaycan idmanındakı xidmətlərindən danışıb, əldə olunan nailiyyətləri ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının təzahürü kimi səciyyələndiriblər. Tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə bir neçə şəxs və təşkilat Regional İdarə tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

    Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalar əsasında Azərbaycan Güləş Federasiyasının hakimlər heyəti tərəfindən idarə olunan yarışın keçirilməsində əsas məqsəd rayonlarda idmanın təbliği, yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşinin inkişafı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də milli yığma üçün perspektivli idmançıların seçilməsidir.

    Gərgin mübarizə şəraitində keçən turnirin yekun nəticələrinə əsasən, komanda hesabında birinciliyi Masallı komandası qazanıb. Sumqayıt və Göyçay təmsilçiləri isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Qaliblər təşkilat komitəsi və sponsorlar tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olunublar.





    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:54 Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlığın yeni mərhələsi
    2. 17:41 Masallıda 13.11.2026-cı il tarixli növbəti əmək yarmarkası
    3. 15:49 Tural Ağammədov: “Torpaq sahələrinin satış qiymətlərinin süni şəkildə artırılması alıcılar üçün əlavə maliyyə yükü yaradır.”
    4. 15:45 Masallıda muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb – STATİSTİKA
    5. 23:30 Rayonun Hüseynhacılı kəndində şəhid Elçin Novruzovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 23:30 Rayonun Ərkivan qəsəbəsində şəhid Sahib Şirəliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    7. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, uşaq əməyinin istismarı və erkən nikahın fəsadları" mövzusunda tədbir keçirilib
    8. 23:30 Rayonun Sərçuvar kəndində şəhid Səməndər İsgəndərovun şəhadətinin 6-cı ildönümü anıldı
    9. 23:30 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid atası Sarbala Babayevi 60 illik yubileyi münasibətilə təbrik edib
    10. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, narkomanlığa qarşı mübarizə, uşaq əməyinin istismarı" mövzusunda tədbir
    11. 18:41 Masallı Rayon İcra Hakimiyyəti başçsının 12.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    12. 13:29 Rayonun Qızılağac kəndində şəhid Cavad Babayevin şəhadətinin 6-cı ildönümü anıldı
    13. 21:00 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını
    14. 20:26 Rayonun Mahmudavar kəndində şəhid Röyad Məmmədovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 20:24 Rayon rəhbəri 11 noyabr 2026-cı il tarixdə Hacıtəpə kəndində səyyar qəbul keçirib
    16. 23:30 Rayonun Viləş kəndində şəhid, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin şəhadətinin 6-cı ildönümü anıldı
    17. 21:30 Masallı şəhərində şəhid Murad Nəfəsovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:30 Masallıda “8 Noyabr – Tarix yazan Zəfər Günü” adlı konfrans keçirilib
    19. 21:49 Rayon rəhbərinin şəhid qardaşların ailəsini ziyarəti
    20. 21:47 Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Balaqardaş Vəliyevin ailəsini ziyarət edib
    21. 21:33 Masallıda rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət edib
    22. 09:26 OXUCULARIMIZIN YARADICILIĞI
    23. 14:41 Masallıda “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib
    24. 14:39 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 04.11.2026
    25. 14:37 Rayon rəhbəri 04 noyabr 2026-cı il tarixdə Babaser kəndində səyyar qəbul keçirib
    26. 17:01 Masallıda "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş növbəti maarifləndirici tədbir
    27. 16:56 Rayon rəhbəri şəhərin Məmməd Rahim küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olub
    28. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    30. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    31. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    32. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    33. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    34. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    35. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    36. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    37. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    38. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    39. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    40. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ