Nadir Ağayevin xatirə turnirində » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Nadir Ağayevin xatirə turnirində

    Nadir Ağayevin xatirə turnirində

    • 30-10-2025, 09:32
    • İdman
    • 0
    • 3 624
    Masallıda 200 güləşçi qüvvəsini sınayıb

    Masallıda SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin (1935-1985) xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXIX ənənəvi respublika turniri keçirilib. 

    Ustad pedaqoq və idman fəadisi Nadir Ağayevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Masallı Olimpiya İdman Kompleksində keçirilən idman tədbiri öncəsi Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının, eləcə də Nadir Ağayevin timsalında dünyasını dəyişən idmançıların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

    Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Azərbaycan Güləş Federasiyasının əməkdaşı, “Şöhrət” ordenli Elçin Cəfərov, Nadir Ağayevin yetirməsi, turnirin sponsoru, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımov Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən danışıb, mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü kimi səciyyələndiriblər.
    Bildirilib ki, yarışın keçirilməsində məqsəd Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin seçilməsidir.

    Nadir Ağayevin qohumu, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının bölgə nümayəndəsi Akif Ağayev turnirin təşkilinə görə Gənclər və İdman Nazirliyinə, Güləş Federasiyasına, Masallı Rayon İcra Hakimiyyətinə, Rusiya Federasiyasının əməkdar məşqçiləri Məşkur və Qasıməli Qasımov qardaşlarına minnətdarlıq bildirib. 
    Tədbirin bədii hissəsində tanınmış müğənni Miriş Hüseynov, “Halay” folklor xalq kollektivi və “Masallı” rəqs qrupu üzvlərinin ifasında musiqi nömrələri nümayiş olunub.
    Açılış mərasimindən sonra meydan yeniyetmə bahadırların ixtiyarına verilib.
    Məlumat üçün bildirək ki, 28-29 oktyabr 2025-ci il tarixdə keçirilən açıq turnirdə 2009-20011-ci il təvəllüdlü (U-17) yunan-romaçılar 10 çəki dərəcəsində mübarizə aparıb.
    Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq beynəlxalq dərəcəli hakim Qərib Əliyevin rəhbərliyi ilə AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda respublikanın rayon və şəhərlərindən 22 komandanın tərkibində 200 idmançı qüvvəsini sınayıb.
    Qalib güləşçilər təşkilat komitəsi və sponsor tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatları ilə təltif olunublar.
    Turnirin yekun nəticələrinə əsasən komanda hesabında Lənkəran komandası birinci, Bakının “Lokomotiv” və “Gimnaziya” təmsilçiləri isə müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.

    Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri Baloğlanov Əli Emin oğlu (45 kq) və Məmmədli Sadiq Elnur oğlu (110 kq) üçüncü yerə layiq görülüblər. İdmançıları yarışa Masallı UGİŞM-nin məşqçi-müəllimi Samir Rəhmanov hazırlayıb.

    Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Nadir Ağayevin şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşinin inkişafı eləcə də yeniyetmələrdən ibarət yığma komanda üçün perspektivli idmançıların seçilməsidir.

    Akif VAQİFOĞLU.











    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    2. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    3. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    4. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    5. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    6. 11:28 Məhərrəm Səfərli – 80
    7. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    8. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    9. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    10. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    11. 14:49 Rayon rəhbəri 02 oktyabr 2026-cı il tarixdə Ərkivan qəsəbəsində səyyar qəbul keçirib
    12. 10:06 Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
    13. 16:13 Masallıda tikintilərin qanunauyğun aparılması, tikinti norma və qaydalarına riayət olunması, eləcə də qanunsuz tikintilərə qarşı mübarizə mövzusunda tədbir
    14. 16:12 Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir
    15. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    17. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    18. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    19. 11:08 BÜTÜN ÖMRÜNÜ AZƏRBAYCANIN İNKİŞAFINA SƏRF EDƏN DAHİ
    20. 15:59 Vətən müharibəsi şəhid İntiqam Abbasovun şəhadətinin altıncı ildönümü anıldı
    21. 09:00 Regional və qlobal iqtisadi əməkdaşlığın fəal iştirakçısı
    22. 08:57 26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası:
    23. 08:54 Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə
    24. 20:36 Masallıda 27 Sentyabr – Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub
    25. 14:09 Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
    26. 14:07 Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ
    27. 13:53 Masallıda 2026-cı ilin oktyabr ayına olan səyyar-görüş qəbulları
    28. 11:06 Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə ağacəkmə aksiyaları keçirilib
    29. 12:28 Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir
    30. 10:58 27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq”
    31. 10:56 Bu gün Azərbaycanda Anım Günüdür
    32. 10:55 27 Sentyabr – Anım Günü
    33. 16:12 Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi
    34. 16:09 Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
    35. 13:42 Masallının axşam görüntüləri gündüzləri kimi gözəldir, əsrarəngizdir... Fotoetüdlər
    36. 13:39 Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib
    37. 13:37 Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir
    38. 13:33 Masallı Rayon İcra Hakimiyyəti başçsının 24.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 12:18 DİQQƏT, QAYĞI,TƏLƏBKARLIQ..
    40. 17:21 Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ