Masallıda ölkənin ən güclü yeniyetmə yunan-romaçıları müəyyən olundu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda ölkənin ən güclü yeniyetmə yunan-romaçıları müəyyən olundu

    Masallıda ölkənin ən güclü yeniyetmə yunan-romaçıları müəyyən olundu

     


    Nadir Ağayevin xatirə turniri keçirilib
     
    Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında yunan-roma güləşi üzrə XXVIII ənənəvi turnir keçirilib.

    Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımovun dəstəyilə keçirilən turnirin açılış mərasimində əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnimiz səslənib.

    Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif Xamıyev bildirib ki, yarışın keçirilməsində məqsəd Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin seçilməsidir.

    Respublikanın Əməkdar məşqçisi, SSRİ idman ustası Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, hakimlər kollegiyasının sədri Qərib Əliyev, Nadir Ağayevin yetirməsi, turnirin sponsoru, iş adamı Məşkur Qasımovun qardaşı Salam Qasımov Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən danışaraq, mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü kimi səciyyələndirib, idmançılara uğurlar arzulayıblar.

    Nadir Ağayevin qohumu, jurnalist-publisist Akif Ağayev hər il bu tədbirin yüksək səviyyəli təşkilinə görə müvafiq idman qurumlarına, Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyətinin sədr müavini Məşkur Qasımova, eləcə də zəhməti keçən hər kəsə minnətdarlıq edib.

    Çıxışlardan sonra Masallı Mədəniyyət Mərkəzinin solistləri Şamo İbayev və Aysel Nərimanovanın, “Halay” folklor xalq kollektivi üzvlərinin ifasında musiqi nömrələri nümayiş olunub.

    Sonra komanda heyətlərinin yarışa tam hazırlığı bildirildikdən sonra meydan yeniyetmə bahadırların ixtiyarına verilib.

    Məlumat üçün bildirək ki, iki gün (5-6 oktyabr) davam edən turnirdə 2008-2010-cu il təvəllüdlü güləşçilər 10 çəki dərəcəsində mübarizə aparıb.
    Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda respublikanın rayon və şəhərlərindən 24 komandanın tərkibində 230 yeniyetmə yunan-romaçı qüvvəsini sınayıb.

    Masallı güləşçilərindən Elmin Abbasov (48 kq) birinci, Bəybala Məmmədov (92 kq) ikinci mükafata sahib olublar. Qalib idmançılar təşkilat komitəsi və  sponsor tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatları ilə təltif ediliblər.

    Komanda hesabında “Təhsil” (Sumqayıt) birinci, “ROİL” (Bakı) ikinci, “Lokomotiv” (Bakı) komandası isə üçüncü yerə layiq görülüb.
    Turnirin keçirilməsində göstərilən dəstəyə görə bir    qrup şəxsə təşkilat komitəsinin “Təşəkkürnamə”ləri təqdim olunub.    
     














    Akif VAQİFOĞLU.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    3. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    5. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    6. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    7. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    9. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    10. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    11. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:08 UNUDULMUR...
    13. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    14. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    15. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    16. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    17. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    18. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:46 “PeşəFest-2026” - Masallıda
    20. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    22. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    23. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    24. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    25. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    26. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    27. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    28. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    29. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    30. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    31. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    32. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    33. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    34. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    35. 11:28 Məhərrəm Səfərli – 80
    36. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    37. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    38. 09:38 Azərbaycan Prezidentinə yazırlar
    39. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    40. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ