Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib

    Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib

    • 5-10-2026, 21:33
    • İdman
    • 0
    • 1 015

    Oktyabrın 3-4-də Masallı Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri baş tutub. İkigünlük yarış Əməkdar məşqçi, SSRİ idman ustası, məşhur pəhləvan Nadir Ağayevin xatirəsinə və “Şöhrət” ordenli, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunub. Turnirdə respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 22 komandanın heyətində 2010–2012-ci il təvəllüdlü (U-17) 300 idmançı 15 çəki dərəcəsində mübarizə aparıb.

    Yarışın rəsmi açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi Zamin Məmmədov, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, “Şöhrət” ordenli Yaqub Məmmədov və RF Əməkdar məşqçisi Məşkur Qasımov çıxış ediblər. Natiqlər Nadir Ağayev güləş məktəbinin və Yaqub Məmmədovun Azərbaycan idmanındakı xidmətlərindən danışıb, əldə olunan nailiyyətləri ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının təzahürü kimi səciyyələndiriblər. Tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə bir neçə şəxs və təşkilat Regional İdarə tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

    Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalar əsasında Azərbaycan Güləş Federasiyasının hakimlər heyəti tərəfindən idarə olunan yarışın keçirilməsində əsas məqsəd rayonlarda idmanın təbliği, yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşinin inkişafı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də milli yığma üçün perspektivli idmançıların seçilməsidir.

    Gərgin mübarizə şəraitində keçən turnirin yekun nəticələrinə əsasən, komanda hesabında birinciliyi Masallı komandası qazanıb. Sumqayıt və Göyçay təmsilçiləri isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Qaliblər təşkilat komitəsi və sponsorlar tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olunublar.





    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 23:18 Masallıda mülki müdafiə sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
    2. 23:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    3. 20:30 Masallı rayonunda sitrus meyvəçiliyi, çayçılıq və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi
    4. 20:27 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 18.11.2026
    5. 20:22 Rayon rəhbəri 18 noyabr 2026-cı il tarixdə Türkoba kəndində səyyar qəbul keçirib
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı fiziki məhdudiyyətli uşağı evində ziyarət edib
    7. 13:34 Rayon rəhbəri 52 il pedaqoji fəaliyyət göstərmiş 87 yaşlı müəllimlə görüşüb
    8. 12:55 Köhnə kişi
    9. 19:56 Azərbaycan–Böyük Britaniya əlaqələri: qarşılıqlı etimad və ortaq maraqlar
    10. 19:54 Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlığın yeni mərhələsi
    11. 17:41 Masallıda 13.11.2026-cı il tarixli növbəti əmək yarmarkası
    12. 15:49 Tural Ağammədov: “Torpaq sahələrinin satış qiymətlərinin süni şəkildə artırılması alıcılar üçün əlavə maliyyə yükü yaradır.”
    13. 15:45 Masallıda muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb – STATİSTİKA
    14. 23:30 Rayonun Hüseynhacılı kəndində şəhid Elçin Novruzovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 23:30 Rayonun Ərkivan qəsəbəsində şəhid Sahib Şirəliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    16. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, uşaq əməyinin istismarı və erkən nikahın fəsadları" mövzusunda tədbir keçirilib
    17. 23:30 Rayonun Sərçuvar kəndində şəhid Səməndər İsgəndərovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:30 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid atası Sarbala Babayevi 60 illik yubileyi münasibətilə təbrik edib
    19. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, narkomanlığa qarşı mübarizə, uşaq əməyinin istismarı" mövzusunda tədbir
    20. 18:41 Masallı Rayon İcra Hakimiyyəti başçsının 12.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    21. 13:29 Rayonun Qızılağac kəndində şəhid Cavad Babayevin şəhadətinin 6-cı ildönümü anıldı
    22. 21:00 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını
    23. 20:26 Rayonun Mahmudavar kəndində şəhid Röyad Məmmədovun şəhadətinin 6-cı ildönümü anıldı
    24. 20:24 Rayon rəhbəri 11 noyabr 2026-cı il tarixdə Hacıtəpə kəndində səyyar qəbul keçirib
    25. 23:30 Rayonun Viləş kəndində şəhid, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin şəhadətinin 6-cı ildönümü anıldı
    26. 21:30 Masallı şəhərində şəhid Murad Nəfəsovun şəhadətinin 6-cı ildönümü anıldı
    27. 23:30 Masallıda “8 Noyabr – Tarix yazan Zəfər Günü” adlı konfrans keçirilib
    28. 21:49 Rayon rəhbərinin şəhid qardaşların ailəsini ziyarəti
    29. 21:47 Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Balaqardaş Vəliyevin ailəsini ziyarət edib
    30. 21:33 Masallıda rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət edib
    31. 09:26 OXUCULARIMIZIN YARADICILIĞI
    32. 14:41 Masallıda “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib
    33. 14:39 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 04.11.2026
    34. 14:37 Rayon rəhbəri 04 noyabr 2026-cı il tarixdə Babaser kəndində səyyar qəbul keçirib
    35. 17:01 Masallıda "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş növbəti maarifləndirici tədbir
    36. 16:56 Rayon rəhbəri şəhərin Məmməd Rahim küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olub
    37. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    38. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    39. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ