Masallıda Qadınların VI qurultayı ilə bağlı tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Qadınların VI qurultayı ilə bağlı tədbir

    Masallıda Qadınların VI qurultayı ilə bağlı tədbir


    Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Qadınlar Qurultayının 25 illiyinə həsr olunmuş “Azərbaycan Qadınlarının VI Qurultayı” mövzusunda tədbir keçirilib.

    Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir öncəsi Ümummilli Liderimizin, görkəmli oftolmoloq Zərifə xanım Əliyevanın və torpaqların bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

    Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova geniş nitqində bildirib ki, Ulu Öndər Heydər Əliyev həm sovet vaxtında, həm də müstəqil Azərbaycan dövləti qurulandan sonra da gender məsələlərinə böyük diqqət ayırıb: “Müxtəlif illərdə ölkəmizdə təşkil olunan Qadın Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Ümummilli Liderimizin təşəbbüsü ilə 1998-ci ildə keçirilən Azərbaycan Qadınlarının I Qurultayını ölkəmizin müasir qadın hərəkatı tarixində ən böyük hadisələrdən biri kimi xarakterizə etmək olar. Bu qurultayla ölkəmizdə qadın hərəkatının, onların cəmiyyət və dövlətin müxtəlif sferalarında fəal iştirakının əsası qoyulub. Bu gün artıq qadınlarımız ölkəmizin hər yerində olduğu kimi Masallının da ictimai-siyasi, iqtisadi, mədəni və sosial həyatının əsas təkanverici qüvvəsinə çevrilib...”

    Masallı RİHB-nın aparıcı məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Aybəniz Novruzova, Masallı Qadın Resurs Mərkəzinin koordinatoru, Masallıda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Nərgiz Muxtarova, “Viləş” körpələr evi-uşaq bağçasının direktoru Şəfa Allahverdiyeva, RİHB-nın Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətanət Paşayeva, Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin direktoru Mənijə Yəhyayeva, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, Masallı şəhər 2 saylı tam orta  məktəbin direktoru Mehriban Əzizova, şəhər 3 saylı tam orta məktəbin uşaq birliyi rəhbəri Nigar Vahabzadə və başqaları çıxışlarında qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti bu gün Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə dövlətçiliyimizin prioritet istiqamətlərindən biri kimi böyük diqqətdə saxlanılır: “Gender siyasətinin tələblərinə uyğun olaraq ölkəmizdə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunur, əmək bazarında bərabər imkanlar yaradılır. Mehriban xanım Əliyevanın rəhbərliyilə fəaliyyət göstərən Heydər Əliyev Fondu Ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı planların, xüsusən qadınlarla bağlı layihələrin reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir...”

    Tədbirdə həmçinin qadınların rastlaşdıqları dövrün aktual problemləri ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib, mövzu ətrafında suallar cavablandırılıb.

    Təbir iştirakçıları bu gün respublikada qadın siyasəti ilə bağlı həyata keçirilən işlərə görə Masallı qadınları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlıq billdiriblər.





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    2. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    3. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    4. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    5. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    7. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    9. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    10. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    11. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    12. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    13. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    16. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    18. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    19. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    20. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    21. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    22. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    23. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    24. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    27. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    28. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    30. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    33. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    35. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    36. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    37. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    38. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    39. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    40. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ