Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanır, problemlərinin həlli istiqamətində mühüm addımlar atır.
18 avqust 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçısının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev, ərazi nümayəndəliyi, bələdiyyə və kənd sakinləri tərəfindən şəhid Ətrafil Məmmədovun doğum günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olunmuşdur.
Ziyarət zamanı çıxış edən rayon rəhbəri Araz Əhmədov dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açmış, Azərbaycanın əldə etdiyi tarixi zəfərin şəhidlərimizin misilsiz fədakarlığı sayəsində mümkün olduğunu vurğulamışdır.
Şəhidin ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin minnətdarlıqlarını ifadə etmişlər.


