Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
- Bu gün, 18:33
- Maraqlı
- 0
- 6

Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman rayon İcra Hakimiyyəti başçısı tərəfindən diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, tibbi və psixoloji dəstək göstərilməsi istiqamətində davamlı işlər aparılır.
Belə ki, 47 saylı Yol İstismarı MMC tərəfindən Hişkədərə ərazisində şəhid Natiq Həşimov adına küçənin asfalt örtüyündə cari təmir işləri aparılmışdır. Həsənli ərazisində şəhid Azər Musayevin ailəsinə məxsus evə gedən yola 130 metr və şəhid Bəhruz Rəhimov adına küçəyə 150 metr məsafədə çınqıl tökülərək hamarlanmışdır.
Sığdaş ərazisinin Babaküçə kəndində bələdiyyə tərəfindən şəhid Vurğun Əkbərovun ailəsinə məxsus evdə təmir işləri görülmüş və həyətində hasar yenilənmişdir. Həsənli ərazisində şəhidin şəkili olan lövhə, Ərkivan, Xırmandalı, Sığdaş, Xıl, Qızılavar, Hişkədərə, Həsənli, Tüklə və Qızılağac ərazilərində şəhid məzarlarının üzərindəki dövlət bayraqları yenisi ilə əvəz olunmuşdur.