Masallıda 01-20 may 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
- 21-05-2025, 14:08
- Maraqlı
- 0
- 109

Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman rayon İcra Hakimiyyəti başçısı tərəfindən diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, tibbi və psixoloji dəstək göstərilməsi istiqamətində davamlı işlər aparılır.
Belə ki, Boradigah ərazisinin Babaser kəndində şəhid Rəşad Şahbazovun ailəsinə məxsus fərdi yaşayış evi təmir olunmuşdur. Lürən və Kolatan ərazilərində şəhidlərin şəkili olan lövhələr yenisi ilə əvəz olunmuşdur. Xıl ərazisində şəhid Elgün Mikayıllının doğum günü ilə əlaqədar tədbir keçirilmişdir. Şıxlar kəndində Yeddioymaq bələdiyyəsi tərəfindən uzunluğu 500 metr olan şəhid Natiq Orucov adına və Birinci Yeddioymaq kəndində uzunluğu 1 km olan şəhid Əlifağa Cabbarovun adını daşıyan küçəyə çınqıl tökülərək hamarlanmışdır. Öncəqala kəndində Vətən müharibəsi iştirakçısının evinə gədən yol təmir olunmuşdur. Təzə Alvadı ərazisində xeyriyyəçilər tərəfindən şəhid Sənan Səlimov adına küçənin işıqlandırılmasına başlanılmışdır.