Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq

    Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq


    Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona işgüzar səfəri Azərbaycanın diplomatiya tarixində mühüm əlamətdar hadisə kimi dəyərləndirilir. Bu səfər ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyin daha da möhkəmlənməsinə, tərəfdaşlıq dairəsinin genişlənməsinə və milli maraqların qlobal səviyyədə müdafiəsinə önəmli töhfə verib.

     Vaşinqtonda baş tutan yüksək səviyyəli danışıqlar dövlətimizin çevik, məqsədyönlü və milli maraqlara söykənən siyasi kursunu bir daha nümayiş etdirib. ABŞ kimi qlobal siyasətdə aparıcı rola malik bir dövlətlə aparılan birbaşa dialoq respublikamızın regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edilməsini təsdiqləyir.

    Azərbaycan Prezidentinin ABŞ-a tarixi səfəri, səfər çərçivəsində əldə edilən razılaşmalar regionumuzda yeni reallıqlar yaradır. Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən imzalanan Anlaşma Memorandumu böyük siyasi əhəmiyyət kəsb edir. Dünyanın bir nömrəli supergücünün Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurması ölkəmiz üçün böyük uğurlar, yeni perspektivlər vəd edir.

    Səfər zamanı Azərbaycan və ABŞ arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edəcək mühüm qərarlar qəbul edilib. Liderlərin razılığı ilə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıb. Bu yeni platforma enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik kimi prioritet sahələrdə əməkdaşlığı daha sistemli və dərinləşdirilmiş formada həyata keçirməyə imkan verəcəkdir. Strateji İşçi Qrupu qarşılıqlı layihələrin icrası üçün konkret fəaliyyət planları hazırlayacaq, iki ölkə arasında siyasi dialoqu intensivləşdirəcək və regionda sabitliyin qorunması istiqamətində koordinasiyanı gücləndirəcək. Bu format Azərbaycan-ABŞ əlaqələrinin strateji məzmun kəsb etməsinə mühüm zəmin yaradır.

    Görüşün nəticələri regionda uzun illər davam edən gərginliyin aradan qaldırılması yolunda əhəmiyyətli dönüş nöqtəsi kimi dəyərləndirilir. Birgə Bəyannamənin imzalanması ilə Azərbaycan öz prinsipial mövqeyini beynəlxalq platformada daha da gücləndirmiş, sülh və əməkdaşlıq çağırışlarını reallığa çevirmək üçün beynəlxalq həmrəylik nümayiş etdirib. Sammit, həmçinin beynəlxalq ictimaiyyətə Azərbaycan Respublikasının qonşularla sülh və əməkdaşlıq siyasətinə ciddi töhfə verdiyini göstərir və ölkəmizin qlobal siyasətdə nüfuzunun artmasına xidmət edir. Beləliklə, Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın sülh diplomatiyasında əldə etdiyi yeni uğurun parlaq ifadəsidir və gələcəkdə Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün mühüm bir təməl daşıyır.

    Prezident İlham Əliyevin bəhs olunan səfəri Azərbaycan diplomatiyasının strateji uğurlarından biri kimi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Səfər çərçivəsində əldə olunan razılaşmalar ölkəmizin beynəlxalq nüfuzunu artırıb, sülh prosesində lider mövqeyini təsdiqləyib və ABŞ-la münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarıb.




    Səbinə Səlimova
    YAP Masallı rayon təşkilatının əməkdaşı

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ