Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur

    Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur

             
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir azərbaycanlı üçün sadəcə bir tarix deyil. Bu gün bizim hafizəmizdə, ruhumuzda, qəlbimizdə əbədi yaşamalı olan ana dilinə ehtiramın, milli varlığımıza hörmətin təntənəsidir. Dilimiz millətimizin tarixində ən müqəddəs dəyərdir. Bu dəyəri zamanın tozu örtə bilmir, əsrlərin sükutu susdura bilmir. O dəyərlər millətin ruhunu, nəfəsini, kimliyini yaşadır. Bizim üçün o dəyərin ən müqəddəsi, ən əzizi ana dilimizdir, Azərbaycan dilidir. Dil  həm də xalqın qəlbindən gələn poeziyadır. Azərbaycan dilinin ahəngi, melodiyası, lirik cazibəsi onu sıradan bir ünsiyyət vasitəsindən çox-çox ucalara aparır. Ulu Öndər Heydər Əliyevin o dərin məzmunlu kəlmələrində olduğu kimi: “Bizim Azərbaycan dili şeir dilidir.” Həqiqətən də, bu dilin səsində sazın, muğamın, dədələrin qoşmasının, aşıqların dastanının nəfəsi var. Bu dilin sözündə babalarımızın hikməti, analarımızın duası, uşaqlarımızın gülüşü var. Elə buna görə də tarixin sərt sınaqlarında ucalan ana dilimiz hər birimizin milli kimliyidir. XX əsrin ikinci yarısında, xüsusilə də 70-ci illərin ortalarından başlayaraq SSRİ-də milli dillərin sıxışdırılması prosesi güclənmişdi. Azərbaycan dili üçün süni maneələr yaradılır, xalqın öz kökünə qayıdış arzusu boğulmağa çalışılırdı. Elə bir dövrdə, milli ruhu, milli şüuru gücləndirmək böyük cəsarət tələb edirdi. Amma Ulu Öndər Heydər Əliyev öz qətiyyətli mövqeyi ilə sübut etdi ki, ana dilinə sahib çıxmaq xalqın kimliyinə sahib çıxmaqdır. 

    1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi Ulu Öndərin qətiyyətli mövqeyinin nəticəsi idi. O deyirdi: “Dil hər bir millətin milliliyinin əsasıdır. Biz dilimizlə fəxr etməliyik.” Bu sözlər təkcə siyasi bəyanat deyildi.  Milli dirənişin, gələcək nəsillərə ünvanlanmış bir vəsiyyət idi. Müstəqillik dövründə isə dilimizin hüquqi zəfərini yaşadıq. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan dili dövlətçilik rəmzinə çevrildi. 1995-ci ildə qəbul edilən Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit edildi. Bu, yalnız hüquqi akt deyil, milli qürurun, tarixi ədalətin təntənəsi idi. Ulu Öndərin təşəbbüsü ilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” (18 iyun 2001-ci il) fərman, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” (9 avqust 2001-ci il) fərman və digər mühüm qərarlar qəbul olundu. Bu qərarlar dilimizi qorumaqla yanaşı, həm də onu cəmiyyətin bütün sahələrində hakim mövqeyə gətirdi. 

    Ulu Öndər Heydər Əliyev deyirdi: “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.” Cənab Prezident İlham Əliyevin dil siyasəti: davamlı inkişaf və qoruma xətti bir daha Ulu öndərin yoluna sadiqliyin təsdiqidir. Bu gün də cənab Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu ardıcıllıqla davam etdirir. Onun imzaladığı sərəncamlar və fərmanlar dilimizin müasir dövrün tələblərinə uyğun inkişafını təmin edir. 2004-cü il – Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncam,  Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında sərəncam, 2007-ci il – dünya ədəbiyyatının klassiklərinin Azərbaycan dilində nəşri haqqında sərəncam, 2013-cü il – “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı”, 2018-ci il – “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi haqqında” fərman, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması dilə xidmətin ən uca zirvəsidir. 

    Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.” “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” “Azərbaycan dilinin qorunması hər kəsin borcudur.” Dilimizin sehrindəki ruh da çox güclüdür. Azərbaycan dili yalnız nitq vasitəsi deyil.  Bu, bir dünyadır. Bu dünyada muğamın kövrək sədası, aşığın sazı, Nizaminin, Füzulinin, Cəlil Məmmədquluzadənin söz dəryası var. Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur.” Bu dilin qüdrəti sayəsində bir xalq bütün çətin dövrləri, sürgünləri, işğalları, təzyiqləri dəf edərək öz varlığını qorudu.

     Bu gün qloballaşmanın meydan oxumasına cavabımız da aydındır. Bu gün texnologiyaların, sosial şəbəkələrin, yeni ifadələrin həyatımıza daxil olduğu bir dövrdə ana dilimizin saflığını qorumaq hər zamankindən daha aktualdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Biz Azərbaycan dilinin saflığını, zənginliyini, gözəlliyini qoruyub saxlamalıyıq. Bu, bizim müqəddəs borcumuzdur.” Bu borc yalnız dövlətin deyil, hər birimizin vicdan borcudur. Çünki dilimizi yaşatmaq, tariximizi, mədəniyyətimizi, milli ruhumuzu yaşatmaq deməkdir. Dil  millətin ruhu, kimliyi, sabahıdır. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə düşünəndə bir daha aydın olur ki, dilimiz təkcə dünənimiz deyil, sabahımızın da səsidir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir.” Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.” Gələcəyimizi qorumaq, varlığımızı yaşatmaq üçün ən güclü silahımız məhz ana dilimizdir.  Çünki dil sadəcə sözlərin toplusu deyil, bir xalqın qəlbinin döyüntüsüdür, tarixdən gələn səsi və sabaha gedən izidir.

     

                
    Akif Həmidov,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ