Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir

    Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir


     

    Dil hər bir fərdin, ümumilikdə isə xalqın mövcudluğunu şərtləndirir, onu bəşər mədəniyyətinə qoşur, qovuşdurur. Məhz dil xalqın indiyədək fəth etdiyi  və gələcəkdə də fəth  edəcəyi mənəvi sərvətlərin ilki, başlanğıcı və çıxış nöqtəsidir.Bəşər  mədəniyyətinin bütün sahələri kimi dil də tarixən  yaranmışdır. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişaf amillərini dil qədər dəqiq təyin edə bilsin. Xalqın tarixi onun dilinin tarixi ilə başlanır.

    Feodalizmin ilkin inkişaf mərhələsində Azərbaycan tayfalarının konsolidasiyası baş vermiş, nəticədə Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili təşəkkül tapmışdır. Ümumxalq Azərbaycan dili eramızın V əsrində formalaşmışdır. VI–VIII əsrlər şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrüdür. Bu dövrün ən mükəmməl abidəsi “Kitabi-Dədə Qorqud” dastanlarıdır. Yazılı ədəbi dilimizin təşəkkül tarixi IX-XI əsrləri əhatə edir. Birinci minilliyin ortalarında Azərbaycan dilinin yazısı, əlifbası olmuşdur. Şifahi ədəbi dil nümunəsi sayılsa da, 1500 ildən artıq tarixi olan “Kitabi-Dədə Qorqud”un dili həm də kamil yazı nümunəsidir. 

    Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. Eyni zamanda, bu dil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Azərbaycan dili öz mahiyyətinə görə indi dünyanın ən zəngin milli dillərindən biri sayılır. Bu dilin özünəməxsus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili, hər şeydən əvvəl, xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa malikdir.

    Hörmətli Prezident cənab İlham Əliyev dilimizə bö­yük sevgi, diqqət və qayğısının bariz ifadəsi olaraq bildirdi: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”. Dövlət başçısı ana dilimizin zənginliyi baxımından dünya dilləri sıra­sında xüsusi yeri olduğunu da vurğuladı: “Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri sırasında xüsusi yeri vardır”.

    Dövlətimiz tərəfindən Azərbaycan dilinin inkişafı və qorunması sahəsində mühüm işlər görüldü. 2001-ci ildə Ulu Öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu Fərman dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılmasında xüsusi rol oynadı. 

    Həmin Fərmanda nəzərdə tutulan digər mühüm məsələ Dövlət Dil Komissiyasının yaradılması idi. Ümumilli lider Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladağı digər Fərmana əsasən ölkəmizdə hər il 1 avqust tarixində Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlandı. Daha sonra, 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 

    Ulu Öndərin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev 2004-cü ildə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” verdiyi sərəncamlarla elmin və mədəniyyətin inkişafına xüsusi diqqət göstərdiyini bir daha təsdiqləmiş oldu.

     




    Ceyhun Hüseynov,
    Masallı Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin İƏ üzrə mütəxəssisi

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    2. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    3. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    4. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    5. 14:35 Yeni şeirlər
    6. 10:59 Perspektivli idmançıların aşkarlanması
    7. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    8. 15:56 100 illik ömrün işığı
    9. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    10. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    11. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    13. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    14. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    15. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    16. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    17. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    18. 14:19 QANLI YANVAR
    19. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    20. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    21. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    22. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    23. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    24. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    26. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    27. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    29. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    30. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    31. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    33. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    34. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    36. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    37. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    38. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    39. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    40. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ