Masallı rayonunun 95-ci ili

08 avqust 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı rayonunun inzibati rayon statusu almasının 95 illik yubileyində gülqoyma mərasimi təşkil olunmuşdur.
Belə ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun rəhbərliyi ilə rayon İcra Hakimiyyətinin başçısı aparatı, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, ərazi nümayəndəlikləri və bələdiyyə sədrləri Ulu Öndər Heydər Əliyevin abidəsini və “Qəhrəmanlar Parkı-Şəhidlər Abidə Kompleksi”ni ziyarət edərək önünə gül dəstələri düzmüş, Ümumilli Lider və Şəhidlərimizin xatirəsini ehtiramla yad etmişlər.
Masallı rayon İcra Haklimiyyətinin başçısı Araz Əhmədov Masallı rayonunun inzibati rayon statusu almasının 95 illik yubileyi münasibəti ilə şəhid ailələri, müharibə əlilləri və veteranları başda olmaqla bütün rayon əhalisini əlamətdar gün münasibəti ilə təbrik etmiş və öz xoş arzularını bildirmişdir.
Rayon rəhbəri təbrikinin sonunda daha böyük yubiley tədbirinin keçiriləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərin ruhuna dualar oxunmuşdur.








