İşıqlı və təhlükəsiz gələcəyə doğru » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İşıqlı və təhlükəsiz gələcəyə doğru

    İşıqlı və təhlükəsiz gələcəyə doğru


     

      Azərbaycan və ABŞ münasibətləri müstəqilliyin ilk illərindən etibarən strateji əməkdaşlıq və qarşılıqlı maraqlar üzərində qurulub. İki ölkə arasındakı əlaqələr enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi inkişaf, demokratik institutların möhkəmləndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrini əhatə edir. Zamanla bu münasibətlər ikitərəfli səviyyədən qlobal miqyasda əməkdaşlıq platformasına çevrilib.

    ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. 

    Ümummilli Lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan-Amerika münasibətlərində irəliləyiş özünü göstərdi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"ndə Rusiya və İranın maneə cəhdinə baxmayaraq, ABŞ şirkətləri iştirak etdi. Ulu Öndərin 1997-ci ildə ABŞ-a səfəri ikitərəfli əlaqələrin inkişafında xüsusi yer tutdu. Bu səfər çərçivəsində "Chevron", "Exxon", "Mobil" neft şirkətləri ilə SOCAR arasında Abşeron, Naxçıvan və Oğuz neft yataqlarının istismarı ilə bağlı müqavilələr imzalandı. 2003-cü ildə prezident seçilən İlham Əliyev də Ümummilli Lider Heydər Əliyevin xarici siyasət strategiyasına sadiq qaldı. 2006-cı ildə dövlətimizin başçısı ABŞ-a səfər edərək Azərbaycan-Amerika münasibətlərinin sürətlə inkişaf etdiyini, ölkəmizdə və regionda irimiqyaslı enerji layihələrinin həyata keçməsində bu ölkənin dəstəyini xüsusi vurğulamışdı.

               Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində müxtəlif mərhələlərdən keçib, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunub. Lakin Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər yaranıb. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır.

    2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri və bu çərçivəsində Ermənistanla imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda və daha geniş geosiyasi məkanda mühüm dönüş nöqtəsi oldu. Bu hadisə Azərbaycan-Amerika münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və uzun müddətli münaqişənin diplomatik yolla həllinə doğru atılan əhəmiyyətli addım kimi qiymətləndirilir. Möhtərəm Prezidentimizin Ağ Evdə keçirilən görüş və mətbuata bəyanatla çıxışı ölkəmizin beynəlxalq münasibətlər tarixində mühüm hadisə kimi yadda qaldı. ABŞ Prezidenti ilə baş tutan görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələri, regional sülh gündəliyi və yeni əməkdaşlıq perspektivləri müzakirə olundu.

    Möhtərəm Prezidentimiz mətbuata bəyanatla çıxışında qeyd edərək söyləmişdir:” Bu, həqiqətən tarixi gündür - biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Trampın düzgün qeyd etdiyi kimi, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq. Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə edib.

     Ancaq artıq o vaxt biz müharibə şəraitində idik. Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. 

    Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq.” Bəli Azərbaycanın qazandığı uğurlar göz qabağındadır. Ədalətimiz, gücümüz göz qabağındadır. Dünyada gücsüzlərə arxa, ehtiyacı olanlara dayaq, müstəqillik uğrunda mübarizə aparanlara dost olan Azərbaycan ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Gün gələcək, Azərbaycan dünyaya Günəş kimi doğacaq”.Gün bu gündür şanlı Zəfər tariximizə yeni bir tarix yazıldı.

              
    Allah Ali Baş Komandanımızı qorusun.Allah xalqımızı qorusun .

     

    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ