• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev “BAKU AGROPARK”da görülən işlərlə tanış olub

    Prezident İlham Əliyev “BAKU AGROPARK”da görülən işlərlə tanış olub

       Prezident İlham Əliyev “BAKU AGROPARK”da görülən işlərlə tanış olub

    Xəzər rayonunun Zirə qəsəbəsində

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub.İqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd Qurbanov dövlətimizin başçısına Aqropark barədə məlumat verdilər.
    Bildirildi ki, “BAKU AGROPARK” MMC-nin müasir istixana kompleksinin ümumi layihə dəyəri 68 milyon manata yaxındır. İkinci mərhələdə daha 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın tikilməsinə 24,7 milyon manat, üçüncü mərhələdə isə 10 hektar sahədə şüşə tipli müasir istixananın yaradılmasına 21 milyon manat investisiya qoyulacaq.
    Qeyd edək ki, hazırda ölkədə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə olan istixana təsərrüfatları var. Bunun 2463 hektarı mövcud, 463 hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır. Fəaliyyətdə olan istixana təsərrüfatlarından bu il avqustun 1-dək 302,3 min ton tərəvəz məhsulları yığılıb. İstehsal olunan məhsullar əsasən ixrac edilir. Görülən işlərin nəticəsidir ki, bu ilin 10 ayı ərzində tərəvəz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,5 faiz artıb. Bu artım 259,7 min ton və ya 184,2 milyon dollar təşkil edib. Son illərdə regionlarda və Bakı şəhərinin qəsəbələrində 312 hektar sahədə ümumi dəyəri 400 milyon manat olan 58 müasir istixana kompleksinin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 milyon manat güzəştli kredit verilib.
    Diqqətə çatdırıldı ki, “BAKU AGROPARK”ın birinci mərhələsində 10 hektar sahədə illik istehsal gücü 3,3 min ton pomidor məhsulu olan istixana kompleksi yaradılıb. Birinci mərhələdə layihə üzrə infrastrukturun yaradılmasına 21,7 milyon manat investisiya qoyulub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə bu mərhələ üzrə 10 milyon manat güzəştli kredit ayrılıb. 
    Dördüncü nəslə aid istixana kompleksi Niderland texnologiyasından istifadə olunmaqla qurulub. Kompleksin texniki zonasında su, gübrə çənləri qoyulub, qazanxana və sutəmizləmə sistemi quraşdırılıb. İstixananın suvarılmasını təmin etmək üçün 21 min kubmetr tutumu olan su hövzəsi yaradılıb. İstixanada yüksək keyfiyyət göstəricilərinə malik olan ekoloji təmiz məhsullar istehsal edilir. Daha bir üstün cəhət isə istehsal prosesinin tam avtomatlaşdırılmasıdır. Bu isə öz növbəsində yerli mütəxəssislərin intellektual və peşəkarlıq səviyyəsinin artırılmasını, bu sahədə yüksək ixtisaslı kadrların formalaşmasını şərtləndirir. Kompleksin idarə olunmasında və yerli kadrların yetişdirilməsində Avropa mütəxəssislərinin xidmətindən istifadə olunur. Burada yüksək əmək təhlükəsizliyinə və gigiyenik-sanitar normalara riayət olunur, işçilərin işə gətirilməsi, aparılması və nahar yeməyinin verilməsi təmin edilir. İstehsal olunan məhsullar “Tomat.az” brendi ilə əsasən ixrac edilir.
    Bu müəssisənin yaradılması ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın ixracyönümlü məhsullarının sayının və çeşidinin artırılmasında da rol oynayır. Belə layihələrin icrası həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir. Hazırda kompleksdə 140 nəfər işlə təmin olunub. Müəssisə tam fəaliyyətə başladıqdan sonra yeni iş yerlərinin sayı da artacaq.
    Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.
    Prezident İlham Əliyev: Salam, necəsiniz?
    Aqronom Validə Məlikova: Sağ olun, xoş gəlmisiniz.
    Prezident İlham Əliyev: Burada iş şəraiti yaxşıdır, necə işləyirsiniz?
    Validə Məlikova: İş şəraitimiz çox yaxşıdır. Bizim üçün belə bir şərait yaratdığınıza görə sağ olun. Hər şey çox yaxşıdır, müasirdir.
    Aqrotexnik Zərifə Behbudova: Xoş gəlmisiniz. Bizə bu şəraiti yaratdığınıza görə öz adımdan, yoldaşlarımız adından Sizə çox təşəkkür edirik. Burada əməyi keçən hər bir insana, Səməd bəyə minnətdarlığımızı bildiririk. Allah sizlərdən razı olsun.
    Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm, gözəl müəssisə açılır, müasir standartlara cavab verir. Burada 10 hektarda gözəl park salınıb. İş şəraiti də, məhsuldarlıq da yaxşıdır. Ən son texnologiyalardır. Ölkəmizin iqtisadi potensialını artıran müəssisədir. Burada ixracyönümlü məhsullar istehsal olunur. Bu da bizim iqtisadiyyatımızın şaxələndirilməsi üçün çox vacibdir. İndiki şəraitdə biz bu məsələyə xüsusi diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Mənə verilən məlumata görə, ölkəmizdə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınır. Orada yetişdiriləcək məhsulun, demək olar ki, hamısı xaricə ixrac olunacaq. İndi biz özümüzü tərəvəzlə təmin etmişik və ölkəmizə ən çox gəlir gətirən sahə məhz pomidorla bağlıdır. Bu ilin 10 ayında pomidor ixracından ölkəyə 130 milyon dollar pul gəlib. İndi təsəvvür edin, əgər biz növbəti mərhələdə 400 hektarda yeni istixana komplekslərini istifadəyə versək, - bu da təbii ki olacaq, - bu, bizim ixrac imkanlarımızı qat-qat artıracaq. Bu, yeni iş yerləri deməkdir, burada təqribən 200-ə yaxın vətəndaş işlə təmin olunub. Bura qadınlar üçün də iş yeridir. Bu da çox önəmlidir. Görürəm ki, burada işləyənlərin əksəriyyəti qadınlardır, iş şəraiti yaxşıdır.
    Validə Məlikova: Bəli, iş şəraitimiz çox yaxşıdır. Çox yaxşı əməkhaqqı ilə təmin olunmuşuq. Biz də çalışırıq ki, ekoloji təmiz məhsul istehsal edək. Bizdə tam ekoloji təmiz məhsul istehsal olunur. Biz kimyəvi maddələrdən istifadə etmirik.
                                                         X X X
    Sonda xatirə şəkli çəkdirildi.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    2. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    3. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    4. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    5. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    6. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    7. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    8. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    9. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    10. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    11. 23:30 Tarixi qələbəyə aparan yol
    12. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    13. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    14. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    15. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    16. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    17. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    19. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    20. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    21. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    22. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    23. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    24. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    25. 11:31 Masallıda Qurban bayramı - 2025
    26. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    27. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    28. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    29. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    31. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    32. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    33. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    34. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    35. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    36. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    37. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    38. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    39. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    40. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ