Vətənə xidmətdə keçən ömür » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Vətənə xidmətdə keçən ömür

    Vətənə xidmətdə keçən ömür

    İmran Əbilov – 90

    Tarix bər-bəzəyi xoşlamır, daha çox sərtliyə meyillidir. Tarix ibrətdir, onu unudanda ağır fəsadları olur. Uzun illər ermənilərin türk-müsəlman əhalisinə qarşı törətdiyi vəhşiliklər haqqında yazmadıq, yaddaşımıza həkk etmədik, onun acısını çəkdik. 44 günlük Vətən müharibəsindən sonra ibrət götürdüyümüz tarix budur: gələcəkdə ermənilərlə qonşu kimi yaşaya bilərik, amma ermənilərin illər boyu bizə qarşı törətdiklərini heç vaxt yaddan çıxarmamalıyıq. Bu, tarixin bizə öyrətdikləridir.

    Bakıda ali məktəbdə oxuyanda Masallıda doğulan və Bakıda məsul vəzifədə işləyən İmran Əbilov haqqında eşitmişdim, amma şəxsi tanışlığımız uzun illər sonra baş verdi. Oğlu tarix fakültəsinə qəbul olunmuşdu. Ata nə qədər təvazökar idisə, oğul da bir o qədər tərbiyəli idi. Övladının davranışından atasının yüksək vəzifə sahibi olduğu qətiyyən hiss olunmurdu. İmran müəllimlə şəxsi tanışlığımızın qısa tarixçəsi belə başladı.

    Allah-taala İmran müəllimə hər şey verib. Çoxlarının həsrətində olduğu boy-buxun və qüsursuz qamət, gözəl nitq, şirin diksiya, qarşıdakını dinləmək bacarığı, yüksək mədəniyyət, səliqəli geyim, böyük səbr, mütaliə, yaddaş… Bu siyahını artırmaq da olar. Vətəninə böyük məhəbbət və hamıya nümünə ola bilən ailə başçısı, müdrik ata, şirin baba, sədaqətli dost və sair.

    İmran müəllimin yazdığı kitabları oxuyanda ( “Bir ömrün salnaməsi”, “Vətənə vurğun ömürdən səhifələr,” “Deyilən söz yadigardır,“ “Xatirələrdə yaşayan insan” ) onun böyüklüyünə qibtə edirsən, yaşadığı həyata və qazandığı uğurlara heyran olursan.

    Yeri gəlmişkən, onu da xüsusi qeyd etməliyəm ki, İmran müəllimin atası Rəşid kişi bölgənin tanınmış vəzifə sahiblərindən olub. Bir müddət mənim doğulduğum kəndə də rəhbərlik edib. İnsanların Rəşid kişi ilə bağlı fikirləri hər bir övlad üçün böyük fəxarət ola bilər. Ruhu şad olsun.

    İmran müəllim, sözün həqiqi mənasında, müəllim kimi fəaliyyətə başlayıb. Lənkəranda pedaqoji texnikumunu bitirəndən sonra Boradigah qəsəbəsindəki məktəbdə çalışıb. İlk dəfə savadını, bacarığını və ədalətini həmin kəndin şagirdləri ilə bölüşüb.

    İmran müəllim texnikum təhsili ilə kifayətlənməyib, ali təhsil barədə düşünüb. Gəncə Kənd Təsərrüfatı İnstitutunu seçib. Stalin təqaüdü ilə oxuyub və İnstitutu fərqlənmə diplomu ilə bitirib. Bəlkə də ilk dəfə Gəncədə hiss etdilər ki, gələcəyin kənd təsərrüfatı mütəxəssisi ədəbiyyat həvəskarıdır, klassiklərdən, o cümlədən Nazim Hikmət, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahavzadə və başqalarından saatlarla şeir deyə bilir.

    Kənddə zootexnik, Rayon Partiya Komitəsində təlimatçı işlədi, Rayon Komsomol Komitəsinin birinci katibi seçildi, Respublika Komsomolu Mərkəzi Komitəsində təlimatçı, nəhayət, uzun illər Masallı İstehsalat İdarəsinin rəisi oldu. İmran müəllim sadaladığım bu vəzifələrdə vicdanla çalışdı, bölgənin kənd təsərrüfatı sahəsində uğurlarının qazanılmasında mühüm rol oynadı. Harda işlədisə, dürüst bir təsərrüfat işçisi olduğunu sübut etdi. İnstitutda qazandıqlarını praktikada rahat şəkildə tətbiq edə bilirdi. Əhatəsində olanlar elə bil ilk dəfə bu düşüncədə insan görür və İmran müəllimə böyük hörmətlə yanaşırdılar.

    İmran müəllim hiss edirdi ki, doğma Masallını nə qədır ürəkdən sevsə də respublikanın onun savad və təcrübəsinə ehtiyacı var. Həm də Azərbaycanın idarəçiliyi elə bir şəxsə tapşırılıb ki, işgüzar və novator mütəxəssislər onun ətrafında olmalı idilər. Beləliklə, İmran müəllimin Bakı həyatı başladı.

    İmran müəllim sədaqətli insandır. Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə respublikanın heyvandarlıq sahəsinə rəhbərlik ona həvalə edildi. Heydər Əliyev İmran müəllimi şəxsən tanıyırdı, İmran müəllim respublika rəhbərinin etimadını doğrultmaq üçün bütün təcrübə və bacarığını ortaya qoydu.

    Heydər Əliyev Moskvada Qorbaçov tərəfindən istefaya göndəriləndən sonra dünənə qədər Ulu öndərin çörəyini yeyənlərin bir çoxu ona xəyanət yolunu tutdu. Amma İmran müəllim əqidəsindən dönmədi, Heydər Əliyev yoluna xəyanət etmədi. Ulu öndər Azərbaycanın müstəqilliyi dövründə yenidən hakimiyyətə gələndə İmran Əbilovun bu keyfiyyətini yüksək qiymətləndirdi. Heydər Əliyev dəqiq bilirdi ki, Azərbaycanda çamışçılığın inkişafında İmran müəllimin müstəsna xidmətləri var. Ona görə də bu sahənin inkişafında İmran müəllimdən çox şey gözləyirdi. İmran müəllim də bu etimadı doğrultdu.

    AZ | RU

    Vətənə xidmətdə keçən ömür

    Mədəniyyət 10:14 17.09.2025

     Oxunma sayı: 583

    İmran Əbilov Qarabağın üstünü qara bulud alana qədər həmin rayonları bir-bir gəzmiş və heyvandarlıq sahəsində bu bölgəyə hər cür köməklik göstərmişdir. Azərbaycanın bütün bölgələri, o cümlədən Qarabağ və Şərqi Zəngəzurla bağlı şirin xatirələr İmran müəllimin həyatında xüsusi səhifə təşkil edir. O, 1989- 1991-ci illərdə Respublika Dövlət Aqrar-Sənaye Komitəsinin xətti ilə keçmiş Dağlıq Qarabağ, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdamda erməni cəlladlarına qarşı mübarizədə fəal iştirak etmiş, yurdlarından köçkün düşən insanların ayrı-ayrı rayonlarda yerləşdirilməsində həlledici rolu olmuşdur.

    İmran müəllim təvazökar və səmimi insandır. O, halal yolla qazandıqlarına qane olan gözü-könlü tox bir Allah bəndəsidir. “Mənim var-dövlətim Azərbaycandır, xalqımdır, övladlarımdır, nəvələrimdir,”- deyir.

    İmran Əbilovun səliqəsi ilə ciddiliyi həmahəngdir. Kimlə süfrə yoldaşı olubsa, kəsdiyi çörəyi heç vaxt unutmayıb.

    Qarabağ bölgəsi işğal olunandan sonra rahatlığını itirsə də ruhdan düşmürdü. Çətinlikləri görürdü, amma ruhdan düşmürdü, Ümummilli lider Heydər Əliyevə böyük ümid bəsləyirdi. Allaha şükürlər olsun ki, Ulu öndər Azərbaycan xalqının ümidini doğrultdu. Heydər Əliyevin “ Mən ona öz varlığım kimi inanıram” kəlamına bütün Azərbaycan xalqı səs verdi. Ümummilli liderin təqdim etdiyi cənab İlham Əliyevin ətrafında bütün Azərbaycan xalqı dəmir yumruq kimi birləşdi. Azərbaycan öz tarixində ilk dəfə ərazi bütövlüyünü təmin etdi, Qarabağdakı separatçı yuvası ləğv olundu.

    Bu qələbə İmran müəllimin ömrünə ömür qatdı. Vətənin bir hissəsi işğal altında olanda nə qədər toy- düyündən, neçə ad günündən imtina etməli olmuşdu. İndi qalib ölkənin xoşbəxt veteranı kimi ad gününü istədiyi şəkildə, böyük təmtəraqla keçirə bilir. İmran müəllimin buna tam haqqı çatır.

    Cənub bölgəsində bu həqiqəti hamı bilir. Bu bölgədə Yeni Azərbaycan Partiyasının yaradılması Şirvan və İmran Əbilov qardaşlarının adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP Azərbaycanın qazandığı uğurlarının önündə gedir, xalqımızı daha böyük qələbələrə səsləyir.

    Dövlətçilik İmran Əbilovun canında, qanındadır. Mən onu tanıyandan belə görmüşəm. İmran müəllim diqqətcil bir insandır. Nəzərindən heç nə yayınmır. O, böyük əxlaq sahibidir. Bu cəhətdən hamımız onunla fəxr edirik.

    İmran müəllim kənd təsərrüfatı mütəxəssi olsa da, müxtəlif sənət sahibləri ilə dostluq etmişdir. O, Lənkəran Pedaqoji Texnikumunda oxuyarkən sevimli şairimiz Səməd Vurğunla məktublaşmış, bu barədə xatirələr Ədəbiyyat Muzeyində saxlanılır. İmran müəllim Mehdi Hüseyn, Rəsul Rza, İlyas Əfəndiyev, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, İsmayıl Dağıstanlı, Lütvəli Abdullayev, Canəli Əkbərov, Habil Əliyev, Arif Babayev, Sabir Mirzəyev, Cəmil Əlibəyov, Ağababa Rzayev, Rəfail Nağıyev, Əli İldırımoğlu, Braziliyanın keçmiş kənd təsərrüfatı naziri Antonio Kabrera, Bolqarıstanın Kənd Təsərrüfatı Akademiyasının keçmiş prezidenti X. Xinkovski və onlarla başqa görkəmli şəxsiyyətlərlə dostluq etmişdir.

    Əziz oxucu, İmran müəllim barədə bildiklərimi Sizə şirin nağıl kimi çatdırdım. Əlavə edim ki, o, gözəl ailə başçısıdır. Övladlarından razıdır, çünki atalarının yolu ilə rahat gedə bilirlər. Hər biri doğma Azərbaycana ləyaqətlə xidmət edir. Nəvələr də bu yolu uğurla davam etdirirlər.

    Yaxın günlərdə Respublika Veteranlar Şurasının Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi veteranı İmran Əbilovun 90 yaşı tamam olur. Borcumuz onun yubileyini təbrik etmək, arzularımızı dilə gətirməkdir. 100 rəqəmindən hamının xoşu gəlir. Əzizimiz İmran müəllimə hələlik 100 illik zirvəni fəth etməyi arzulayırıq.

    Şübhəsiz, yaradan və ömür verən Allahdır. Allah İmran müəllimi qorusun!

    Anar İSGƏNDƏROV,
    Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:19 QANLI YANVAR
    2. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    3. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    4. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    5. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    6. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    7. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    8. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    9. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    10. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    11. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    12. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    13. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    14. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    15. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    16. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    17. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    19. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    20. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    21. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    22. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    23. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    24. 09:01 Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. 
    25. 14:19 Həsənli və Təklə kəndləri ərazisindən keçən suötürücü kanal təmizlənmişdir
    26. 09:42 Masallıda 2025-cü ilin yanvar ayına olan səyyar-görüş qəbulları barədə
    27. 17:35 Rayon rəhbəri Xoşçobanlı kəndində Vətən Müharibəsi şəhidi Məmmədağa Bağırovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    28. 17:25 Masallıda vətəndaşlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri tərəfindən qəbul edildi
    29. 14:04 Masallıda rayon rəhbərinin 25 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 21:09 Bala Təklə də içməli su ilə təmin edildi 
    31. 18:24 Masallıda tədbir: “Vətənin bütövlüyü – sözün qüdrəti”
    32. 17:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 24.12.2025
    33. 17:04 Rayon rəhbərinin Alşanlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidinin ailəsinə diqqəti
    34. 17:01 Rayon rəhbəri Birinci Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 24.12.2025
    35. 16:57 Masallının Birinci Səmədxanlı ərazisinin Alışanlı kəndində 24 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    36. 20:19 Azərbaycan Prezidentinə yazırlar
    37. 14:59 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 23.12.2025
    38. 16:28 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm və əlamətdar mərhələ təşkil edir
    39. 16:24 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir
    40. 11:20 Prezident İlham Əliyevin Fəaliyyəti: Güclü Liderlik, Tarixi Zəfər və Davamlı İnkişaf Yolu
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ