Nəsillərə örnək ömür » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Nəsillərə örnək ömür

    Nəsillərə örnək ömür


    Həyatda elə insanlar var ki, onların Vətən, xalq qarşısında xidmətləri böyükdür, lakin özləri haqqında susmağı üstün tuturlar. Bütün çətinliklərə dözərək insanlara həmişə həyan olurlar. Belə insanlar heç vaxt unudulmur. Həmin nadir insanların nəcib xüsusiyyətləri, cəmiyyətdəki yeri, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafında rolu haqqında bugünkü gənc nəslin məlumatlandırılması isə çox vacibdir. Onlardan biri də zəngin, mənalı və keşməkeşli həyat yolu keçən, qəlbi xalqının qəlbi ilə bir vuran Əlövsət Məmmədşah oğlu Baxışovdur.

    Onunla ilk tanışlığımız qeyri-adi bir şəraitdə baş verdi. 1962-ci il martın 30-da Azərbaycan KP MK-nın (Kommunist Partiyası Mərkəzi Komitəsinin) büro iclasında. O vaxt Masallı rayon komsomol komitəsinin birinci katibi işləyirdim və məni yeni təşkil olunmuş Şamaxı Məhəlli Kolxoz-Sovxoz İstehsalat İdarəsinə Azərbaycan Komsomolu MK-nın Komsomol təşkilatçısı vəzifəsinə təsdiq etmək üçün büroya dəvət etmişdilər...

    ...Biz aprelin 4-də Şamaxıda görüşdük. Şamaxı və İsmayıllı rayonlarının yerli təşkilatları bizim idarəyə daxil idi. Əlövsət müəllim partiya təşkilatının otaqlarından birini mənə verdi. O, həmişə mənim işimlə, həyatımla maraqlanır və qayğı göstərirdi. Təsərrüfatlara gedərkən, həmişə məni də özü ilə aparırdı. Görünür, öz təcrübəsini mənə də öyrətmək istəyirdi. Biz orada cəmi 8 ay işlədik. Bir gün məni otağına çağırıb dedi:

    - İmran, rayonlar yenidən ayrılır və yeni istehsalat idarələri yaranır. Sənin fikrin necədir, burada qalmaq istəyirsən, ya öz rayonunuza gedəcəksən?

    Sözün doğrusu, mən Masallıya getmək istəyirdim. Çünki atam vəfat etmişdi, həm də artıq ailəli idim. Ona görə də dedim ki, Əlövsət müəllim, əgər siz burada qalıb işləsəniz, mən də qalaram, yoxsa Masallıya gedəcəyəm.

    - Yaxşı, - dedi, - başa düşdüm. Aradan xeyli keçmişdi. Bir gün yenə də məni çağırıb dedi:

    - Mərkəzi Komitə məni sizin rayona birinci katib, səni də istehsalat idarəsinin rəisi məsləhət bilib.

    1963-cü il yanvarın 9-da biz Masallıda işə başladıq. Orada onunla birlikdə çox mehriban, dostcasına işlədik. Əlövsət müəllim haqqında, onun iş qabiliyyəti, şəxsi keyfiyyətləri barədə bir yazıda geniş bəhs etmək çox çətindir. Çünki onun həyatı bir neçə kitabın mövzusudur. Amma onunla işlədiyim dövrdə müşahidə etdiyim bəzi məsələlər haqqında bu yazımda qeyd etmək istəyirəm.

    Biz Masallıya gələndə rayonda iqtisadi vəziyyət çox ağır idi. Rəhbərliyə qarşı inamsızlıq, qeyri-sağlam əhvali-ruhiyyə yaranmışdı. Əhali dəstə-dəstə rayon, kolxoz, kənd rəhbərlərindən mərkəzi orqanlara şikayətə gedirdi. Biz Əlövsət müəllimlə belə bir şəraitdə işə başladıq. O, rayonun tarixini öyrənir, tanınmış adamlar, ağsaqqallarla görüşür, kəndlərə gedir, sakinləri səbirlə dinləyirdi. Ləyaqətli, savadlı, eldə, obada hörməti olan kadrları seçib rəhbər işə təyin edir, kasıb, gənc, savadlı insanları daha çox irəli çəkir, hörmətli, ağsaqqal, təcrübəli kadrları müdafiə edir, böhtan və əsassız söhbətlərdən qoruyur, hər bir kəndin iqtisadi inkişaf perspektivlərini öyrənirdi.

    O, Masallıda 10 il vicdanla işlədi, insanlarla doğmalaşdı, böyük hörmət qazandı. Bu gün də Masallı camaatı onu yaddan çıxarmır və tez-tez yad edir.

    Əlövsət müəllim deyirdi ki, "İqtisadiyyatı düzəltmək üçün 2-3 il vaxt kifayətdir, əsas məsələ mənəviyyata dəyən ziyanı aradan götürməkdir, biz bundan başlamalıyıq. İnsanların mənəvi təmizliyinə çalışmalıyıq".

    Dediyi kimi, elə qısa vaxtda rayonun iqtisadiyyatını dirçəltdi, rayon heyvandarlığın inkişafına görə respublikanın Keçici bayrağını aldı və bu bayraq uzun müddət ancaq Masallıda qaldı.

    Rayonda tərəvəzçilik, çayçılıq, taxılçılıq yüksək sürətlə inkişaf edirdi. Tərəvəz istehsalı 1963-cü ildəki 1200 tondan 1969-cu ildə 200 min tona çatdırıldı, üç tərəvəz fabriki, bir konserv zavodu, 3 nəhəng yeni çay fabriki tikilib istifadəyə verildi. Viləş çayı üzərində körpü, 100-dən artıq yeni heyvandarlıq binaları, yem sexləri tikildi. Hər inəkdən süd istehsalı 2000 kiloqrama çatmışdı ki, bu da o vaxt üçün böyük rəqəm, Abşeron rayonundan sonra respublikada ikinci göstərici idi.

     Əlövsət müəllimin qəbul etmədiyi hal rəqəmlərin şişirdilməsi idi. O, təmiz, halal işləməyi dönə-dönə hamıya tapşırır və bu işdə heç kimə güzəştə getmirdi.

    Çox uzaqgörən rəhbər işçi kimi hər hansı bir işə başlamazdan əvvəl onu dəfələrlə ölçüb-biçir və mütəxəssislər, təcrübəli yaşlı adamlarla məsləhətləşir, nəhayət, qərara gəlirdi. Açığını deyim ki, onun bu qədər çox səbirli hərəkət etməsi bəzən bizi hövsələdən çıxarır, işin yekununda isə onun nə qədər haqlı olduğu öz təsdiqini tapırdı. Bu da Əlövsət müəllimi hamının gözündə ucaldırdı.

    Doğrudan da şərəfli bir həyat yolu keçmişdi, Əlövsət müəllim. Belə ki, Mərkəzi Komitənin üzvü, Azərbaycan SSR Ali Sovetinin 4 çağırış deputatı olmuş, 3 ali məktəb bitirmişdi. İkinci Dünya müharibəsində iştirak etmiş, 5 rayona rəhbər vəzifəyə seçilmiş, MK-nın aparatında rəhbər vəzifədə işləmişdi. Buna baxmayaraq, o, çox sadə, insanlara qiymət verən, halal və təmiz insan idi. Gecə saat 12-dən sonra belə işdən evə tək, piyada gedər, heç kəsdən çəkinməzdi. Çünki vicdanlı, ədalətli idi, nahaq iş görmür, hər bir işçinin hüququnu qoruyur, onun özünə inamını artırırdı. O, intriqaya, riyakarlığa, xəyanətkara nifrət edirdi. Əlövsət Baxışov Masallıda işləyərkən elə bir sahə olmadı ki, onun çiçəklənməsi üçün gücünü sərf etməsin. Ləyaqət, vicdan, namus onun üçün müqəddəs dəyərlər idi. Bir dəfə rayon fəallarının yığıncağında dedi:

    - Biz bir çox məsələlərdə günah işlətmiş, xətaya yol vermiş adamlara müəyyən güzəştlər edib, onları bəzən bağışlaya da bilərik. Ancaq namus məsələsində heç bir güzəşt ola bilməz. İşə xəyanət edənlərə qarşı amansız olmaq hamının borcudur.

    Əlövsət müəllim Masallı rayonundan İkinci Dünya müharibəsinə gedib qayıtmayan, həlak olan şəhidlərin xatirəsinə park saldırdı. Həmin dövrdə rayonda üç nəfərə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ad verildi, yüzlərlə adam orden və medallarla təltif edildi. Məktəblərdə tədrisin keyfiyyəti yüksəldi, çoxlu sayda gənc ali məktəblərə qəbul olundu, təhsil alıb geri qayıtdıqdan sonra yüksək səviyyəli mütəxəssis kimi işlə təmin olundu.

    O, heç zaman şöhrət axtarmadı və şöhrətin zirvəsinə qalxanda isə "mənəm-mənəm" demədi. Əlövsət müəllimin həyat və fəaliyyəti Heydər Əliyevlə işlədiyi dövrdə daha da çiçəkləndi. O, 1971-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə respublikanın ən böyük və çətin, iqtisadi cəhətdən zəif, əhalinin kartof və heyvandarlıq məhsulları ilə təmin edilməsində xüsusi yeri olan Gədəbəy rayonuna partiya komitəsinin birinci katibi vəzifəsinə göndərildi. Orada da gözəl nəticələrə nail olaraq, xalq arasında böyük hörmət qazandı. Gədəbəy rayonunun iqtisadiyyatını dirçəltdi, insanların güzəranını yaxşılaşdırdı.

    Tale elə gətirdi ki, 1979-cu ildə Əlövsət müəllimlə yenidən birgə işləməli olduq. O, Kənd Təsərrüfatı Nazirliyində Baş Çəmən, Otlaq və Yemçilik İdarəsinə rəis təyin olundu. Burada onunla işləyərkən dövlət idarəçiliyi işini gözəl bildiyinin bir daha şahidi oldum. O, əsl dövlət adamı olaraq dövlətçiliyimizə, xalqına sədaqətlə xidmət göstərmək üçün heç nəyi əsirgəmirdi. Onunla söhbət edəndə insan sanki paklaşırdı. Ona görə də istər kənd təsərrüfatı nazirinin müavini, istərsə də Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini işləyərkən həmişə onun məsləhətlərini dinləyir və xeyir tapırdım. Mən ondan çox şeylər öyrənmişəm. Yuxarıda yazdığım kimi, onun həyatı və mənalı ömrü bir kitaba sığmaz. Əlövsət müəllimin həyat yolu indiki gənclərə, xüsusilə rəhbər işçilərə bir nümunədir.

    Unudulmaz dostum 2013-cü ilin 3 iyununda dünyasını dəyişdi. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və digər dövlət rəhbərlərinin imzaladığı nekroloqda deyilirdi:

    "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Respublika Veteranlar Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əlövsət Məmmədşah oğlu Baxışov 2013-cü il iyun ayının 3-də ömrünün 91-ci ilində vəfat etmişdir.

    Əlövsət Baxışov daim ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmiş, dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, fəaliyyəti dövlət tərəfindən həmişə layiqincə qiymətləndirilmişdir. O, müxtəlif orden və medallarla təltif edilmiş, müstəqil Azərbaycan Respublikasının ali təltifi olan "Şöhrət" ordeninə layiq görülmüşdür. Tanınmış ictimai xadim, xeyirxah və təvazökar insan Əlövsət Baxışovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

    Allah rəhmət eləsin!".

    Əlövsət müəllim xatirələrdə izi qalan bir ömür yaşadı. Onun keçdiyi şərəfli, ləyaqətli həyat yolu indiki və gələcək nəsillərə nümunədir.




    İmran ƏBİLOV,
    Azərbaycan Respublikası Veteranlar Şurası Rəyasət Heyətinin üzvü.

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    2. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    3. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    4. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    5. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    6. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    7. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    8. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    9. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    10. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    11. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    12. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    13. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    14. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    15. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    16. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    17. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    18. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    19. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    20. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    21. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    22. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    23. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    24. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    25. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    26. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    27. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    28. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    29. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    30. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    31. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    33. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    34. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    35. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    37. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    38. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    39. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    40. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ