Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı. » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.

    Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.


    15 iyun 2021-ci il tarixində Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikasi ilə Türkiyə Respublikasi arasinda müttəfiqlik münasibətləri haqqinda Şuşa Bəyannaməsi” Türkiyə-Azəribaycan qardaşlıq tarixində yeni bir zirvəyə çıxdı. Bu bəyannamə təkcə iki qardaş dövlətin deyil, bütün regionun siyasi gələcəyini şəkilləndirən, real geosiyasi güc balansına təsir göstərən fundamental bir sənəddir. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. 

    Ulu Öndər Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" fikri və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevincini sevincimiz, kədərini kədərimiz hesab edirik" sözəri Şuşa Bəyannaməsinin ideoloji bazasını formalaşdırır. Bu fikirlər illərlə dillərdə dolaşan ifadələr olmaqdan çıxaraq Şuşa Bəyannaməsi vasitəsilə rəsmiləşdi. Bəyannamə Türkiyənin Azərbaycanın təhlükəsizliyinin qarantı olduğunu beynəlxalq səviyyədə təsdiqləyir. Sənəddə təhlükə yaranarsa, Türkiyənin Azərbaycanın yanında olacağı qeyd olunur. Bu mesaj təkcə revanşist dairələrə deyil, bütün dünya ictimaiyyətinə istiqamətlənmiş sülhə çağırışdır. Prezident Rəcəb Tayyib Ədoğanın sözləri bu birliyi zirvəyə qaldırır:  "Biz Azərbaycanı təkcə qardaş kimi deyil, öz vətənimiz kimi görürük." Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün sahələrini tam əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. 

    Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini də aktiv edir. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları da açılır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu da artırır. Bu Bəyannamə həm də ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası həçinin  keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur.  Onu da deyim ki, Bəyannamənin ən vacib strateji istiqamətlərindən biri Zəngəzur dəhlizinin açılmasına gətirəcəyi təsir oldu. Bu dəhliz təkcə Azərbaycanla Türkiyəni deyil, bütün Türk dünyaşını birləşdirəcək qlobal yolun açarıdır. Cənab Prezident İlham Əliyev qeyd edirdi: "Zəngəzur dəhlizi Türk dünyaşını birləşdirən strateji arteriyadır." 

    Bu, regionda yeni nəqliyyat arteriyalarının formalaşmasına, iqtisadi və siyasi əlaqələrin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə şərait yaradacaq. Bəyannamə Qarabağın bərpası, iqtisadi və turizm potensialının ortaq istifadəsi, diaspor və media sahələrində birgə fəaliyyət üzrə konkret mexanizmlər təklif edir. Xüsusilə, ortaq təhsil proqramları, elm və mədəni layihələrin icrası bütün Türk dünyaşını əhatə edir. Cənab Prezident İlham Əliyev bunu da xüsusi vurğulayır: "Tarixi Qars müaqaviləsinə edilən istinad bu Bəyannamənin rəmzi dəyərini artırır. Bir əsrdən sonra yenidən tarix yazırıq." Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındaki əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da dərinləşdirdi. Bəyannamə Türk dünyaşının siyasi konsolidasiyasına yeni təkan verdi. Prezident Rəcəb Tayyib Ədoğan vurğulayır: "Azərbaycan bizim qəlbimizdir, Qarabağ bizim vətənimizdir, Şuşa bizim ortaq döyünən nəbzimizdir." Bu yanaşma təkcə iki dövlətin deyil, bütün Türk dünyaşının strateji yol xəritəsini formalaşdırır. Bəyannamə Ermənistandakı revanşist qüvvələrə də mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.  Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. Şuşa Bəyannaməsi təkcə diplomatik sənəd deyil, Türkiyə-Azərbaycan  birliyinin qəlbə yazılmış manifestidir. Bu bəyannamə yeni dünya nizamında Türk dünyaşının mütərəqqi yerini təyin edir və göstərir ki, bu birliyin sarsılmaz təməli artıq rəsmiləşib, siyasi qüdurət qazanıb.




    Akif Həmidov,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi

     

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    2. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    3. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    4. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    5. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    6. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    7. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    8. 09:07 Ərazi nümayəndəsinin tribunası
    9. 09:05 Allah rəhmət eləsin
    10. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    11. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    12. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    13. 13:52 Allah rəhmət eləsin
    14. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    15. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 10:25 Bələdiyyə sədri
    17. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    18. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    19. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    20. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    21. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    22. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    23. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    24. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    25. 14:35 Yeni şeirlər
    26. 10:59 Perspektivli idmançıların aşkarlanması
    27. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    28. 15:56 100 illik ömrün işığı
    29. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    30. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    31. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    32. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    33. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    34. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    35. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    36. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    37. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    38. 14:19 QANLI YANVAR
    39. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    40. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ