Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri

    Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri


      Ulu öndərimiz Heydər Əliyev öz ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanım Əliyevaya olan sonsuz sevgisi və bu sevginin etirafi ilə mənəviyyat tariximizdə bütöv nəsillərə örnək ola biləcək bir sevgi rəvayəti də yaratdı.
               
    Təməlində həqiqətin olduğu bu rəvayətin bir qütbündə xalqın böyük oğlu Heydər Əliyev dayanırsa, digər qütbündə Azərbaycan qadınlığının mücəssəməsi Zərifə Əliyeva dururdu. Onun parlaq həyatı hadisələr və mənalarla zəngindir. Məni isə ən çox düşündürən Onun analıq fenomenidir. Zərif bir ana necə böyük bir qüdrət daşıya bilir. Dünyaya necə böyük insanlar bəxş edə bilər, xalqın taleyində necə misilsiz iz qoya bilər. Analıq doğrudan da təbiətin ən böyük möcüzəsidir! Analar həyatda ən çətin olan iki şeyə qadirdirlər: həm böyük tale, həm də böyük xoşbəxtlik bəxş edə bilmək qüdrətinə. Bu cəhətdən də Zərifə xanım nadir, unikal bir qadın idi.
                 
    Zərifə xanım oğlu İlhama xüsusilə bağlı idi. Onun sağlamlığı, gözəl və nikbin siması ilə nəfəs alırdı. Bu, həm də azərbaycanlı mentalitetində kök salmış bir ənənə ilə bağlı idi. Oğlan uşaqları ocağın dayağı və varisi sayılır. Zərifə xanım bu ümidlərində, bu məhəbbətində necə də haqlı idi. Elmi və ictimai işlərlə ciddi məşğul olsa da, İlhamın böyüməsi və təhsili ilə bağlı hər bir prosesdə şəxsən iştirak edir, övladına məhəbbət və qayğını heç vaxt əsirgəmirdi. İlhamın yeddi yaşı olanda Heydər Əliyev respublikanın birinci şəxsi seçildi. Bu, Zərifə xanım üçün, ailə üçün sevinc və təntənə idi. Amma uşaqların tərbiyəsi baxımından problemlər yaradırdı. Ana kimi başa düşürdü ki, övladlarını heç bir güzəşt olmadan tərbiyə etmək və onlara ən müasir təhsil vermək lazımdır. Ətrafda bunu anlamayanlar da vardı. Birinci növbədə zəhməti, məktəbi, təhsili sevməyi öyrətmək, sadəliyi və xeyirxahlığı tərbiyə etmək lazım idi. Bu ana borcu idi və böyük səbr və zəhmət,qətiyyət və məhəbbət tələb edirdi. Bunların hamısı onda var idi.
               
    Respublikanın birinci şəxsinin həyat yoldaşı olmaq da məsuliyyətli idi, Zərifə xanımın üzərinə ictimai vəzifələr qoyurdu. Lakin bu problemdə də Zərifə xanım davamlı bir mövqe tutdu və Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməzdən əvvəlki həyat prinsiplərini dəyişməz olaraq saxladı: ailənin sabitliyini qorumaq, uşaqların problemlərinin atanı narahat etməməsinə çalışmaq. O, buna ustalıqla nail olurdu, cəmiyyətdə, dövlət tədbirlərində diqqəti cəlb etməməyə, sadə həyat tərzini davam etdirməyə çalışırdı. O, yenə öz doğma Göz Xəstəlikləri İnstitutunda çalışırdı. İş yoldaşları onun davranışında heç bir dəyişiklik hiss etmirdilər. Əksinə, Zərifə xanım kollektivdə daha qayğıkeş olmuşdu, iş yoldaşlarının məişət problemlərinin həlli üçün müxtəlif orqanlara müraciətlər göndərir və insanlara kömək etməkdən zövq alırdı.
               
    1982-ci ildə Ulu öndər Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və Moskvada SSRİ hökuməti sədrinin birinci müavini təyin olundu. Zərifə xanım uşaqlarla birgə Moskvaya köçdü. Bu, onun gəncliyinin şəhəri idi. Moskva elitasının mərkəzində yaşamaq, Heydər Əliyevin və ailənin tanışı olan elm və sənət adamları ilə ünsiyyət necə də xoş idi. Ərinin, övladlarının taleyində və təhsilində hər şey əla idi, insanlar bu xoşbəxt qadını barmaqla göstərir ona qibtə edirdilər. Lakin təbiətin də amansız hökmü var. Zərifə xanım müalicə olunmayan xəstəliyə dücar oldu. 1985-ci ildə Zərifə Əliyeva dünyasını dəyişdi.
               
    Bu, ağır bir itki idi. Onun sevimli İlhamının hələ 24 yaşı vardı. Həyatda o, ən çox övladları ilə fəxr etmək istəyirdi... Gözünün nuru olan əziz İlhamının uzun illər təhsilinə, tərbiyəsinə, insan və şəxsiyyət kimi yetişməsinə ana kimi özünü həsr edən Zərifə xanıma onun Prezident kimi andiçmə mərasimini görmək qismət olmadı. Bu gün isə bu fərəhi bütün Azərbaycan yaşayır. Bu, Zərifə xanımın tərbiyəsinin təntənəsidir.
               
    Ana məhəbbəti itmir, xariqələr yaradır. Bu gün Zərifə Əliyevanın övladları ilə bütün Vətən fəxr edir. Onların fərəhində və qürurunda özünü həsr etmiş bir anaya böyük bir millətin məhəbbəti də var. Bu gün bu məhəbbət çiçəklənir, pöhrələr verir və mənəviyyat tariximizin örnəyinə çevrilir.



                         
    Ceyhun Hüseynov,
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ