“Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
- 4-06-2025, 15:12
- Maraqlı
- 0
- 126

Layihə çərçivəsində 29 may 2025-ci il tarixində Masallı Bioloji Təbabət Klinikasının peşəkar mütəxəssisləri Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta məktəbdə valideynlərlə görüş keçiriblər. Görüş zamanı uşaqların fiziki və psixoloji sağlamlığı mövzusunda maarifləndirici çıxışlar edilib, valideynləri maraqlandıran suallar cavablandırılıb.
“Sağlam Məktəbli” layihəsinin əsas məqsədi məktəblilərin sağlam həyat tərzinin təşviqi, valideynlərin bu sahədə biliklərinin artırılması və erkən diaqnostika imkanlarının genişləndirilməsidir.




