Sağlam məktəbli...
- Bu gün, 17:52
- Maraqlı
- 0
- 9

Layihə çərçivəsində 1 may 2025-ci il tarixində Masallı Bioloji Təbabət Klinikasının peşəkar mütəxəssisləri Masallı şəhər Dəfinə Liseyində, 7 may tarixində isə Ərkivan qəsəbə Z. Nəcəfov adına 2 nömrəli tam orta məktəbdə valideynlərlə görüş keçirib. Görüş zamanı uşaqların fiziki və psixoloji sağlamlığı mövzusunda maarifləndirici çıxışlar edilib, valideynləri maraqlandıran suallar cavablandırılıb.
Ümumilikdə qeyd olunan iki təhsil müəssisəsi üzrə 130-dan çox valideyn marifləndirmə layihəsində iştirak edib.
“Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilərin sağlam həyat tərzinin təşviqi, valideynlərin bu sahədə biliklərinin artırılması və erkən diaqnostika imkanlarının genişləndirilməsidir.
