Главная > Maraqlı > Sağlam məktəbli...           

Sağlam məktəbli...           


Dünən, 17:52. Разместил: admin44
                                                                                                                                     "Konstitusiya və Suverenlik İli" çərçivəsində Masallı rayonunun 95 illiyi və Masallı şəhərinin 65 illiyi münasibətilə Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Masallı Bioloji Təbabət Klinikasının birgə təşkilatçılığı ilə Masallı rayonunun ümumtəhsil müəssisələrində “Sağlam məktəbli” layihəsi uğurla davam etdirilir.

Layihə çərçivəsində 1 may 2025-ci il tarixində Masallı Bioloji Təbabət Klinikasının peşəkar mütəxəssisləri Masallı şəhər Dəfinə Liseyində, 7 may tarixində isə Ərkivan qəsəbə Z. Nəcəfov adına 2 nömrəli tam orta məktəbdə valideynlərlə görüş keçirib. Görüş zamanı uşaqların fiziki və psixoloji sağlamlığı mövzusunda maarifləndirici çıxışlar edilib, valideynləri maraqlandıran suallar cavablandırılıb.

Ümumilikdə qeyd olunan iki təhsil müəssisəsi üzrə 130-dan çox valideyn marifləndirmə layihəsində iştirak edib.
“Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilərin sağlam həyat tərzinin təşviqi, valideynlərin bu sahədə biliklərinin artırılması və erkən diaqnostika imkanlarının genişləndirilməsidir.




шаблоны для dle 11.2
Вернуться назад