Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
- 5-06-2025, 17:14
- Maraqlı
- 0
- 88

Qurban bayramı ilə əlaqədar olaraq Masallı rayonu ərazisində fəaliyyət göstərən ət kəsim məntəqələrində profilaktik dezinfeksiya işləri həyata keçirilib.
Belə ki, 05 iyun 2025-ci il tarixdə Masallı rayonunun Kürdəbaz kəndində yerləşən Mahir Qardaşova məxsus olan ət kəsim məntəqəsində və Boradigah qəsəbəsində Fərhad Qəniyevə məxsus ət kəsim məntəqəsində dezinfeksiya tədbirləri icra olunub.
Bu tədbirlər Qurban bayramı günlərində vətəndaşlara sağlam və sanitar normalara uyğun xidmətin göstərilməsi məqsədilə həyata keçirilib. Dezinfeksiya işləri çərçivəsində məntəqələrin daxili sahələri, avadanlıqları və kəsim avadanlıqları müvafiq qaydada təmizlənərək təhlükəsiz şərait təmin olunub.
Qeyd edək ki, Qurban bayramı dövründə əhalinin sağlamlığının qorunması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə bu kimi tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
