Səudiyyə Ərəbistanı dövlət atributlarında dəyişikliklər edəcək
- 1-02-2022, 21:32
- Dünya Xəbərləri
- 0
- 1 254
Səudiyyə Ərəbistanının Şura Məclisi ölkənin bayrağı, gerbi və dövlət himninin dəyişdirilməsi ilə bağlı hazırlanan qanun layihəsini qəbul edib.
Sonuncu mərhələdə qərarın Kral Salman bin Əbdüləziz tərəfindən təsdiqlənməsi gözlənilir.
Amma hələlik dövlət rəmzlərindəki dəyişikliklərin konkret nədən ibarət olacağı sirr olaraq qalır.
Səudiyyə Ərəbistanında hazırda qüvvədə olan bayraq, gerb və milli himn sistemi 1973-cü ildə kral fərmanı ilə qəbul edilib.
www.yeniheyet.az