• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Tarixin səssiz şahidinə yeni baxış- Eminli küp qəbri -Antike Welt-Zeitschrift fur Archäologie und Kulturgeschichte “ jurnalında

    Tarixin səssiz şahidinə yeni baxış- Eminli küp qəbri -Antike Welt-Zeitschrift fur Archäologie und Kulturgeschichte “ jurnalında

      
    2022-ci ildə  Azərbaycanın cənub-şərqində, Muğan düzündə, Masallı rayonunun Eminli kəndi ərazisində, kənd sakinlərindən birinin həyətyanı sahəsində təsərrüfat işləri aparılarkən təsadüfən aşkarlanmış bu  küp qəbri  haqqında muzeyimizə məlumat daxil olduqdan sonra  Muzeyin direktoru Əntiqə Tağıyeva həmin yerə baxış keçirərək  ilk növbədə Lənkəran -Astara Regional Mədəniyyət İdarəsi və   Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutuna müraciət  etmişdir.  Tez bir zamanda elə həmin ilin payızında aşkarlanmış küp qəbrinə baxışa gələn arxeoloq, tarix üzrə fəlsəfə doktoru, dosent Anar  Ağalarzadə qısa bir vaxtda Nekropolu- iri küp qəbri Masallı Tarix Diyarşünaslıq Muzeyinə təhvil verdi. Küpün içində aşkarlanmış insan sümükləri və əşyaları isə tədqiq etmək üçün akademiyaya aparıldı. 

     AMEA  Arxeologiya və Antropologiya İnstitutuna tədqiqata aparılan  küp qəbir üzərində arxeoloq, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə, pulun üzərində numizmat, tarix üzrə fəlsəfə doktoru, dosent Akif Quliyev və insan kəlləsi üzərində antropoloq, tarix üzrə fəlsəfə doktoru, dosent Dmitriy Kiriçenko ilə birgə tədqiqatlar apararaq Nekropol haqqında  məlumatlarlı tərtib etmişlər. Müasir yer səthindən 70 sm dərinlikdə üzə çıxmış küp qəbirdə olan insan  kəlləsinin Avropoid irqinin  Qafqaz tipinin cənub qoluna, Kaspi antropoloji tipinə aid olduğu ehtimal edilir. Dəfn küpü yanı üstə şimal-şərq və cənub-qərb istiqamətində qoyulmuş, küpün ağız hissəsi cənub-qərb tərəfdə olmuşdur. Küpün içərisində dəfn edilmiş insanın üzü şimal-şərq istiqamətində, yarıbükülü vəziyyətdə, sol yanı üstə olub, əlləri sıx bükülü şəkildə başından yuxarı qaldırılıb. İnsanın ayaqları dizdən geri qatlanıb Onun yanına bəzəklər, silah və saxsı qablar qoyulmuşdur.

     Qəbir müəyyən edilən zaman onun ətrafından 2 ədəd saxsı qab, 2 ədəd tunc sırğa, 1 ədəd düzbucaqlı formada hazırlanmış kəmər,  1 ədəd dəmir xəncər, 1 ədəd sümük  dəstəkli bıçaq və 1 ədəd Ekbatan zərbi olan Parfiyaya məxsus gümüş draxma sikkə aşkarlanmışdır. Küpün içərisində dəfn edilmiş insanın boyu 169-171 sm olmuşdur. Skeletin sümüklərində mexaniki gərginlik kimi müəyyən edilən əlamətlər də vardır.
           Küpün uzunluğu 1,8 m, gövdəsinin diametri 1 m, ağzının diametri 50 sm, boğazının hündürlüyü 14 sm, divarının qalınlığı isə 2,5 sm-dir. Onun gövdə hissəsində, yuxarı tərəfindən 10 sm diametrində deşik açılmışdı.
        
    Eminli küp qəbirindən aşkarlanan arxeoloji materiallar Atropatenanın siyasi və mədəni əlaqələri haqqında müəyyən informasiyalar verir. Bu qəbirin arxeoloji materialları sarmat-alan tipli olub onların Atropatenaya bizim eranın I əsrində etdiyi ilk yürüşlərin sübutudur və Antik dövrə aid küp qəbirlər mədəniyyətinin nümunəsi hesab edilərək təhlil edilə bilər.
           
    19 dekabr 2022-ci ildə aşkarlanmış Küp qəbir və materiallar 8 dekabr  2023-cü ildə araşdırmaların nəticələri ilə birgə muzey fonduna təqdim olundu.   Böyük küp yəni küp qəbir aşkarlandığı zaman hissələrə bölündüyü üçün konservasiyaya ehtiyacı var idi. Elə bu məqsədlə muzeyimiz Azərbaycan Respublikası Muzey Sərvətləri və Muzey Kolleksiyası Uçotu və Mühafizəsinə dair Təlimat” a uyğun qaydada Muzey Sərvətləri və Xatirə əşyaları Elmi Bərpa Mərkəzinə müraciət etdi. Əsasən Küp qəbrin yəni böyük küpün konservasiya olunaraq muzeyin ekspozisiya zalında nümayiş olunması üçün bərpa məzkəzindən  kömək istədik.
      
    Muzey Sərvətləri və Xatirə əşyaları Elmi Bərpa Mərkəzinin əməkdaşları Gündüz Məmmədov və Natiq Baxışov muzeyə ezam olunaraq küpü mümkün şəkildə yerindəcə konservasiya etdilər.
       
     Konservasiya olunan Küp qəbir (Nekropol) və onun içərisində aşkarlanmış eksponatlar  sentyabr 23 dən etibarən muzeyimizin ekspozisiya zalının qədim dövr bölməsində nümayişə çıxarılıb.
     
    Eminli kəndində aşkarlanan nekroloq üzərində tədqiqat və araşdırma işləri bu gün də davam edir . Belə ki, 4 iyul tarixində muzeyimizdə “Atropatenada küp məzarları “ adlı elmi-praktik seminar keçirildi.

    Seminarda Eminli kənd ərazisində tapılan küp qəbrini araşdıran arxeoloq Anar Ağalarzadə və antropoloq Dmitri Kricenko və bu tədqiqatla yeni məşğul olan Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru, arxeoloq Latife Summerer iştirak etdi. Latife Summererin marağını çəlb edən bu küp məzarına əsasən  bölgəmizin tarixi keçmişinə söykənən adət ənənəlin açılmasına səbəb ola bilən məlumatların olması üzərində geniş iş planlamışdır.  Latife Summererin səyi nəticəsində məhz Eminli küp qəbri haqqında Almaniyada dərc olunan populyar elmi jurnallarda biri olan  “Antike Welt-Zeitschrift fur Archäologie und Kulturgeschichte “ jurnalında məqalə dərc etdirmişdir. 

    Həmçinin Latife Summerer Eminli kəndində aşkarlanan nekropolda olan insan kəllə və  sümükləri üzərində kraniofosial  üz rekonstruksiyası aparılaraq bu qədim insan obrazının yaradılması üzərində çalışır. Elmin yeni uğurlarına söykənən bu tədqiqat nəticəsində bölgəmizin qədim tarixini özündə əks etdirən Eminli küp qəbrinə aşkar edilən insan sümükləri keçmişimizin səssiz şahidi kimi əsl simasını görə biləcəyik. Kəllə sümüyü əsasında Eminli insanının simasının yaradılması məqsədilə Antropolog Dmitri Kriçenko fonesik üz rekonstruksiyası üçün kəllənin  lazımi anatomik analiz və ölçülərini götürərək Lətifə Summererə təqdim edib. Latife Summerer bu araşdırmaları ilə nəyinki bölgəmizin həmçinin bütün ölkəmizin Küp qəbirləri dönəminə  dair bir çox tarixi həqiqətləri üzə çıxmasına, bununla bağlı sual altında qalan məsələlərə aydınlıq gətirə biləcəkdir.  






    Dilgüşə Məmmədova,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi  


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:31 Şəhid Elvin Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    2. 19:29 Şəhid Elgün Mikayıllının şəhadətinin 5-ci ildönümü anıldı
    3. 18:21 “Füzuli Şəhəri Günü” münasibətilə  “Azad elim, abad yurdum” adlı tədbir
    4. 18:18 Rayon rəhbəri Mahmudavar kəndində asfalt örtüyü döşənmiş küçəyə baxış keçirmişdir
    5. 18:04 Kanstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 16.10.2025
    6. 17:53 Rayon rəhbəri şəhid İlqar Əliyevin ailəsini ziyarət etdi
    7. 17:50 Masallının Tüklə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.10.2025
    8. 17:26 Masallının Tüklə kəndində 16 oktyabr 2025-ci il tarixdə səyyar qəbul
    9. 17:19 Masallıda rayon rəhbərinin 16 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 13:46 Azərbaycan Prezidentinə yazırlar
    11. 12:59 Azad Zəngilanda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir
    12. 19:18 Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    13. 19:15 Masallıda 01-15 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    14. 19:12 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 oktyabr 2025-ci il
    15. 19:11 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 oktyabr 2025
    16. 19:09 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 oktyabr 2025
    17. 12:55 Müstəqilliyimizin bərpası: tariximizin şanlı dönüş nöqtəsi
    18. 11:52 Rayon rəhbəri Sığdaş ərazisində asfalt örtüyü döşənmiş küçələrə baxış keçirmişdir
    19. 10:58 Şəhid Sənan Səlimovun şəhadətinin 5-ci ildönümü anıldı
    20. 10:51 Milli Qəhrəman Səfəralı Məmmədovun doğum günü ilə əlaqədar anım tədbiri
    21. 17:21 Rayon rəhbəri Viləş kəndində yeni polis bölməsinin tikintisinə baxış keçirib
    22. 17:19 Rayon rəhbəri Viləş kəndində vətəndaşlarla görüşmüşdür
    23. 17:16 Rayon rəhbəri Viləş kəndində şəhidləri yad etdi
    24. 17:12 Masallının İkinci Yeddioymaq ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    25. 17:02 Masallının İkinci Yeddioymaq kəndində 14 oktyabr 2025-ci il tarixdə səyyar qəbul
    26. 11:48 Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etmişdir
    27. 17:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 17:29 Azərbaycan Prezidentinə yazırlar
    29. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    30. 17:24 Şəhid Ülvi Nüsrətbəylinin şəhadətinin 5-ci ildönümü anıldı
    31. 17:22 Şəhid İbrahim Lələyevin şəhadətinin 5-ci ildönümü anıldı
    32. 09:13 Azərbaycana olan yüksək ehtiramın nümunəsi.  
    33. 06:42 Ərkivanlı atletin Budapeşt uğuru 
    34. 11:05 Masallıda 2 saylı Mediasiya Təşkilatının açılışı
    35. 18:08 Şəhid Elmir Akifzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 18:00 Masallıda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları tərəfindən rayonunun fəal nümayəndələri ilə görüş
    37. 18:23 Masallıda “Ümumdünya statistika günü” ilə əlaqədar tədbir
    38. 18:15 Şəhid Cəbrayıl Qasımovun şəhadətinin 5-ci ildönümü anıldı
    39. 13:33 Azərbaycanın atdığı addımlar irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.  
    40. 09:36 Bir zamanlar “türk birliyi” ifadəsi yalnız romantik ideya kimi səslənirdi. 
    «    Oktyabr 2025    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ