Müstəqilliyimizin bərpası: tariximizin şanlı dönüş nöqtəsi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Müstəqilliyimizin bərpası: tariximizin şanlı dönüş nöqtəsi

    Müstəqilliyimizin bərpası: tariximizin şanlı dönüş nöqtəsi


     

    15 oktyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Konstitusiya və Suverenlik ili çərçivəsində “Müstəqilliyimizin bərpası: tariximizin şanlı dönüş nöqtəsi” mövzusunda tədbir keçirilmişdir.

    Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev tədbir iştirakçılarını salamlayıb, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib və bildirmişdir ki, ötən əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana dövlət müstəqilliyini yenidən bərpa etmək imkanı verdi.  Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 34 il ötür. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir ki,  məhz həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilməklə Azərbaycan yenidən müstəqilliyinə qovuşmuşdur.

    1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
           Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyəti olan  müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin  mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması xüsusi önəm kəsb edir.    Odur ki, 15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 28 May-Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir.

    Tədbirdə iştirak edən Aynur Əliyeva çıxış edərək 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

    Sonra tədbirdə iştirak edən partiya fəallarından Şəhriyar Mübarizli, Şəbnəm Bayramova və başqaları çıxış edərək XX əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlardan geniş bəhs ediblər.

     

     
     
     

     

     

     

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    2. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    3. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    4. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    5. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    6. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    7. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    8. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    9. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    10. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    11. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    12. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    13. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    14. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    15. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    17. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    18. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    19. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    20. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    21. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    22. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    23. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    24. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    25. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    26. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    27. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    28. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    29. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    30. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    31. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    32. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    33. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    35. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    36. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    37. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    38. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    39. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    40. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ