AMEA-nın prezidenti İsa Həbibbəyli Beşbarmaqda aparılan arxeoloji qazıntı işləri ilə tanış olub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » AMEA-nın prezidenti İsa Həbibbəyli Beşbarmaqda aparılan arxeoloji qazıntı işləri ilə tanış olub

    AMEA-nın prezidenti İsa Həbibbəyli Beşbarmaqda aparılan arxeoloji qazıntı işləri ilə tanış olub


    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən Beşbarmaq dağında aparılan arxeoloji qazıntı işləri ilə tanış olub.

    Qazıntı aparılan ərazidə arxeoloqlarla görüşən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan tarixinin dərindən və hərtərəfli araşdırılıb öyrənilməsində arxeoloji tədqiqatların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

    Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək Akademiyada məqsədyönlü və geniş islahatların davam etdirildiyini, müasir çağırışlara cavab verən bir sıra yeni elmi istiqamətlər üzrə tədqiqatlara start verildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli arxeologiya elminin tarix, antropologiya, etnoqrafiya və digər elm sahələri ilə qarşılıqlı şəkildə öyrənilməsinin elmlərarası əlaqələrin inkişaf etdirilməsinə böyük töhfə verəcəyini qeyd edib. Artıq bütün istiqamətlərdə ölkəmizin milli maraqlarına, müasir reallıqlarına cavab verən, yeniləşməyə inamla qədəm qoymuş Akademiyada digər sahələrlə yanaşı, arxeologiya və tarix elmləri üzrə də bir sıra vacib qərarların qəbul edildiyini, elmi tədqiqat müəssisələrinin daxili imkanları hesabına, heç bir maliyyə vəsaiti tələb olunmadan təkmilləşdirilmiş yeni strukturların yaradıldığını bildirən AMEA rəhbəri Akademiyada mühüm elmi nəticələrin əldə ediləcəyinə, bu istiqamətdə arxeologiyanın da mühüm rol oynayacağına əminliyini ifadə edib.

    Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Akademiyanın fəaliyyət göstərdiyi 78 il ərzində AMEA prezidentinin ilk dəfə olaraq arxeoloji qazıntı işləri ilə əyani tanış olduğunu xüsusi vurğulayaraq, akademik İsa Həbibbəyliyə Beşbarmaq dağında fəaliyyət göstərən ekspedisiya haqqında ümumi məlumat verib.

    Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədrinin müşaviri Elşən Mustafayev isə Beşbarmaq qoruğunun ərazisindəki tarixi yerlər və burada gəzinti, eləcə də dini ziyarət üçün yaradılmış yeni əlverişli şərait barədə ətraflı söz açıb.

    Beşbarmaq arxeoloji ekspedisiyasının rəhbəri, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Sevinc Hüseynova və arxeoloq, tarix elmləri doktoru Səfər Aşurov ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış qədim tarixi yaşayış yerləri və burada tapılmış maddi mədəniyyət nümunələri haqqında əhatəli məlumat veriblər.

    Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci il tarixli sərəncamı ilə “Beşbarmaq dağı Dövlət, Tarix-Mədəniyyət və Təbiət qoruğu”nun yaradılması Beşbarmaq dağının arxeoloji cəhətdən öyrənilməsinə geniş imkan yaradıb. Dövlət Turizm Agentliyi və AMEA Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən 2020-ci ildən qoruq ərazisində arxeoloji tədqiqatlara başlanılmış və bu gün də davam etdirilən arxeoloji tədqiqatların nəticəsində bir sıra vacib elmi nəticələr əldə edilib.

    Qeyd edilib ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Sevinc Hüseynovanın rəhbərlik etdiyi Beşbarmaq arxeoloji ekspedisiyası tərəfindən Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə qoruq ərazisində ilk dəfə aparılan elmi tədqiqatların əsas məqsədi Beşbarmaq qalasının, müdafiə səddinin və digər tikililərin memarlıq xüsusiyyətlərini, dövrünü müəyyənləşdirməkdən ibarətdir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilib ki, həm I terras, həm də II terras qala divarı ilə əhatə olunub. Narınqalanın daxilindəki tikililər açılaraq müəyyən elmi nəticələr əldə edilib. Taxçası, buxarısı olan dördkünc planda inşa edilmiş tikililər tikinti xüsusiyyətinə və tikinti materialına görə bir-birindən o qədər də fərqlənmir. 17 otaq I terrasda, 4 otaq isə II terrasda aşkar edilərək tədqiqata cəlb edilib. Əldə edilmiş arxeoloji materialların əsasən orta əsrlərə aid olmasına  baxmayaraq, Erkən Tunc dövrünün  xarakterik xüsusiyyətini  əks etdirən maddi mədəniyyət nümunələri də aşkar edilib ki, bu da eradan əvvəl III minillikdən Beşbarmaq dağının bölgədə məskunlaşan əhalinin sitayiş məskəni olduğunu göstərir.

    Çöl tədqiqatları üzrə iş şəraiti ilə tanış olaraq, qazıntı yerlərinə və burada tapılmış maddi mədəniyyət nümunələrinə baxış keçirildikdən sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli arxeoloqlara həmişə hərtərəfli dəstək göstəriləcəyini bildirərək institut rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlarını verib. Növbəti mövsümdə ekspedisiyaların tərkibi formalaşdırılarkən hərəsində bir nəfər olmaqla antropoloq və etnoqrafın da daxil edilməsini məqsədəuyğun hesab edən AMEA rəhbəri bunun da yeni elmi məktəblərin yaranmasına gətirib çıxaracağaına əminliyini ifadə edib.

    Həmçinin builki arxeoloji qazıntı mövsümü başa çatdıqdan sonra AMEA-da ilk dəfə təşkil olunacaq arxeoloqların yekun konfransında ölkə ərazisində fəaliyyət göstərmiş bütün arxeoloji ekspedisiyaların, o cümlədən Beşbarmaq dağında qazıntı işləri aparan qrupun da hesabatlarının təqdim ediləcəyi, arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi mədəniyyət nümunələrindən ibarət sərginin keçiriləcəyi vurğulanıb, nümayiş olunacaq yeni tapılmış eksponatlara dair dolğun xarakteristikaların işlənib hazırlanması tapşırılıb.












    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    2. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    3. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    4. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    5. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    6. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    7. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    8. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    9. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    10. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    11. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    12. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    13. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    14. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    15. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    16. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    17. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    18. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    19. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    20. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    21. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    22. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    23. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    24. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    25. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    26. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    27. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    28. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    30. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    31. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    32. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    33. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    34. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    35. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    36. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    37. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    38. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    39. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    40. 12:58 Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ