• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Tüklə kəndində 16 oktyabr 2025-ci il tarixdə səyyar qəbul

    Masallının Tüklə kəndində 16 oktyabr 2025-ci il tarixdə səyyar qəbul


    16 oktyabr 2025-ci il tarixdə rayonun Tüklə kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərova verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərov çıxış edərək ərazidə ötən qəbul zamanı 3 nəfər vətəndaş tərəfindən 4 məsələ qaldırıldığını, məsələlərin 3-nün müsbət həll olunduğunu və 1 məsələ ilə bağlı vətəndaşa qanunamüvafiq cavab verildiyini bildirmişdir.

    Sonra Famil Cəfərov ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Tüklə ərazisində 2,2 km məsafədə yola asfalt örtüyü döşənmiş, 900 metr məsafədə yola asfalt qırıntısı və çınqıl tökülərək qreyderlə hamarlanmışdır. Tüklə, Məmmədoba və Tiyaqani kəndlərinin mərkəzi yollarında 2 km məsafədə asfalt ortüyü cari təmir olunmuş, Tiyaqani kəndində yolun genişləndirilməsi işlərinə başlanılmış, Məmmədoba kəndində yolda genişlənmə işləri aparılmış, yola maneə yaradan elektrik və rabitə dirəkləri, eləcədə qaz xətlərinin yeri müvafiq qurumlar tərəfindən dəyişdirilmiş, ərazidə 34 ədəd yararsız elektrik dirəyi və 280 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, 4 km məsafədə suaparıcı kanallar təmizlənmiş və keçidlərə 12 ədəd hər biri 6 metr olan borular atılmış, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

    Daha sonra “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 250 ədəd ağac əkilməsi, Tüklə və Məmmədoba kənd məscidlərinin cari təmir olunması, ərazidə yerləşən 4 kənd qəbiristanlıqlarının hər birində abadlıq işləri görülməsi və hasarlarının təmir olunaraq rənglənməsi, Məmmədoba kəndində şəhidlər bulaq kompleksinin qarşısına 50 kv.metr asfalt örtüyünün döşənməsi, ərazinin girişində şəhidlərin şəkilləri olan lövhələrin quraşdırılması, Tüklə kəndində aztəminatlı ailə üçün yeni fərdi yaşayış evinin tikilməsi, ərazidə olan dövlət bayraqları və şəhid lövhələrinin yenilənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin etmək məqsədi ilə tapşırıqlarını vermişdir.

    Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.

     







    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:31 Şəhid Elvin Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    2. 19:29 Şəhid Elgün Mikayıllının şəhadətinin 5-ci ildönümü anıldı
    3. 18:21 “Füzuli Şəhəri Günü” münasibətilə  “Azad elim, abad yurdum” adlı tədbir
    4. 18:18 Rayon rəhbəri Mahmudavar kəndində asfalt örtüyü döşənmiş küçəyə baxış keçirmişdir
    5. 18:04 Kanstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 16.10.2025
    6. 17:53 Rayon rəhbəri şəhid İlqar Əliyevin ailəsini ziyarət etdi
    7. 17:50 Masallının Tüklə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.10.2025
    8. 17:26 Masallının Tüklə kəndində 16 oktyabr 2025-ci il tarixdə səyyar qəbul
    9. 17:19 Masallıda rayon rəhbərinin 16 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 13:46 Azərbaycan Prezidentinə yazırlar
    11. 12:59 Azad Zəngilanda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir
    12. 19:18 Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    13. 19:15 Masallıda 01-15 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    14. 19:12 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 oktyabr 2025-ci il
    15. 19:11 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 oktyabr 2025
    16. 19:09 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 oktyabr 2025
    17. 12:55 Müstəqilliyimizin bərpası: tariximizin şanlı dönüş nöqtəsi
    18. 11:52 Rayon rəhbəri Sığdaş ərazisində asfalt örtüyü döşənmiş küçələrə baxış keçirmişdir
    19. 10:58 Şəhid Sənan Səlimovun şəhadətinin 5-ci ildönümü anıldı
    20. 10:51 Milli Qəhrəman Səfəralı Məmmədovun doğum günü ilə əlaqədar anım tədbiri
    21. 17:21 Rayon rəhbəri Viləş kəndində yeni polis bölməsinin tikintisinə baxış keçirib
    22. 17:19 Rayon rəhbəri Viləş kəndində vətəndaşlarla görüşmüşdür
    23. 17:16 Rayon rəhbəri Viləş kəndində şəhidləri yad etdi
    24. 17:12 Masallının İkinci Yeddioymaq ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    25. 17:02 Masallının İkinci Yeddioymaq kəndində 14 oktyabr 2025-ci il tarixdə səyyar qəbul
    26. 11:48 Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etmişdir
    27. 17:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 17:29 Azərbaycan Prezidentinə yazırlar
    29. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    30. 17:24 Şəhid Ülvi Nüsrətbəylinin şəhadətinin 5-ci ildönümü anıldı
    31. 17:22 Şəhid İbrahim Lələyevin şəhadətinin 5-ci ildönümü anıldı
    32. 09:13 Azərbaycana olan yüksək ehtiramın nümunəsi.  
    33. 06:42 Ərkivanlı atletin Budapeşt uğuru 
    34. 11:05 Masallıda 2 saylı Mediasiya Təşkilatının açılışı
    35. 18:08 Şəhid Elmir Akifzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 18:00 Masallıda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları tərəfindən rayonunun fəal nümayəndələri ilə görüş
    37. 18:23 Masallıda “Ümumdünya statistika günü” ilə əlaqədar tədbir
    38. 18:15 Şəhid Cəbrayıl Qasımovun şəhadətinin 5-ci ildönümü anıldı
    39. 13:33 Azərbaycanın atdığı addımlar irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.  
    40. 09:36 Bir zamanlar “türk birliyi” ifadəsi yalnız romantik ideya kimi səslənirdi. 
    «    Oktyabr 2025    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ