• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının İkinci Yeddioymaq kəndində 14 oktyabr 2025-ci il tarixdə səyyar qəbul

    Masallının İkinci Yeddioymaq kəndində 14 oktyabr 2025-ci il tarixdə səyyar qəbul


    14 oktyabr 2025-ci il tarixdə rayonun İkinci Yeddioymaq kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərova verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərov çıxış edərək ərazidə ötən qəbul zamanı 3 nəfər vətəndaş tərəfindən 3 məsələ qaldırıldığını, məsələlərin 3-nün də müsbət həll olunduğunu bildirmişdir.

    Sonra Famil Cəfərov ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Yeddioymaq ərazisində 2.9 km məsafədə yola çınqıl döşənmiş və 2.7 km məsafədə yol qreyderlə hamarlanmış, ərazidə 12 ədəd elektrik dirəyi yenisi ilə əvəz olunmuş, 1 km məsafədə suaparıcı kanallar təmizlənmiş, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

    Daha sonra “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 400 ədəd ağac əkilməsi, Qasımlı kənd tam orta ümumitəhsil məktəbinin istilik sistemi ilə təchiz edilməsi, I Yeddioymaq kənd məscidinin mətbəxinin əsaslı təmir olunması, ərazidə olan qəbiristanlıqlarda abadlıq işlərinin görülməsi, ərazidə olan dövlət bayraqları və şəhid lövhələrinin yenilənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin etmək məqsədi ilə tapşırıqlarını vermişdir.

    Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.















    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:21 Rayon rəhbəri Viləş kəndində yeni polis bölməsinin tikintisinə baxış keçirib
    2. 17:19 Rayon rəhbəri Viləş kəndində vətəndaşlarla görüşmüşdür
    3. 17:16 Rayon rəhbəri Viləş kəndində şəhidləri yad etdi
    4. 17:12 Masallının İkinci Yeddioymaq ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    5. 17:02 Masallının İkinci Yeddioymaq kəndində 14 oktyabr 2025-ci il tarixdə səyyar qəbul
    6. 11:48 Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etmişdir
    7. 17:31 Azərbaycan Prezidentinə yazırlar
    8. 17:29 Azərbaycan Prezidentinə yazırlar
    9. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    10. 17:24 Şəhid Ülvi Nüsrətbəylinin şəhadətinin 5-ci ildönümü anıldı
    11. 17:22 Şəhid İbrahim Lələyevin şəhadətinin 5-ci ildönümü anıldı
    12. 09:13 Azərbaycana olan yüksək ehtiramın nümunəsi.  
    13. 06:42 Ərkivanlı atletin Budapeşt uğuru 
    14. 11:05 Masallıda 2 saylı Mediasiya Təşkilatının açılışı
    15. 18:08 Şəhid Elmir Akifzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    16. 18:00 Masallıda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları tərəfindən rayonunun fəal nümayəndələri ilə görüş
    17. 18:23 Masallıda “Ümumdünya statistika günü” ilə əlaqədar tədbir
    18. 18:15 Şəhid Cəbrayıl Qasımovun şəhadətinin 5-ci ildönümü anıldı
    19. 13:33 Azərbaycanın atdığı addımlar irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.  
    20. 09:36 Bir zamanlar “türk birliyi” ifadəsi yalnız romantik ideya kimi səslənirdi. 
    21. 09:10 Masallıda rayon rəhbərinin 09 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 20:44 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid adına olan küçələrə baxış keçirib
    23. 20:40 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur 08.10.2025
    24. 20:37 Rayon rəhbəri Boradigah çayı üzərində inşa olunan körpüyə baxış keçirib
    25. 20:33 Boradigah qəsəbəsində şəhid İbrahim Rükabzadə adına küçəyə asfalt örtüyü döşənmişdir
    26. 17:13 Şəhid Araz Seyfullayevin şəhadətinin 5-ci ildönümü anıldı
    27. 17:09 Şəhid Namiq Bağırovun şəhadətinin 5-ci ildönümü anıldı
    28. 17:07 Şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 5-ci ildönümü anıldı
    29. 16:32 Milli Qəhrəman Elşad Hüseynovun doğum günü ilə əlaqədar anım tədbiri
    30. 16:19 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:14 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası
    32. 16:12 Masallının Təklə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 08.10.2025
    33. 15:58 Masallının Təklə kəndində 08 oktyabr 2025-ci il tarixdə səyyar qəbul
    34. 16:11 Şəhid Musa Mustafayevin şəhadətinin 5-ci ildönümü anıldı
    35. 16:09 “Dəfinə” məktəb-liseyində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 16:05 Şəhid Amid Salayevin şəhadətinin 5-ci ildönümü anıldı
    37. 16:03 Sığdaş ərazisində kənddaxili küçəyə asfalt örtüyü döşənib 07.10.2025
    38. 15:58 Masallıda “Çəltik və Düyü festivalı” iştirakçılarına Fəxri fərmanlar təqdim olunub
    39. 15:48 Təklə dairəsində təmizlik və abadlıq işləri aparılıb
    40. 15:37 Masallıda misgərlik sənəti
    «    Oktyabr 2025    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ