Rayon rəhbəri Mahmudavar kəndində asfalt örtüyü döşənmiş küçəyə baxış keçirmişdir
Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmaqdadır.
Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və kənd xeyriyyəçilərinin maddi dəstəyi ilə Mahmudavar kəndində 800 metr məsafədə kənddaxili küçəyə asfalt örtüyü döşənmişdir.
16 oktyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri ilə birlikdə Mahmudavar kəndində asfalt örtüyü döşənmiş küçələrə baxış keçirilmiş və görülən işlərlə yerində tanış olmuşlar.
Masallı Rayon İcra Hakimiyyəti başçısının Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi rayon rəhbərinə görülmüş işlərlə bağlı geniş məlumat vermişdir.
Qeyd edirik ki, Masallı rayonunda kənddaxili küçələrin təmir edilməsi mütəmadi olaraq həyata keçirilir.

