Azad Zəngilanda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azad Zəngilanda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir

    Azad Zəngilanda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir


     

    Zəngilan rayonu - Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olub, Araz çayı boyunca, Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən tarixi Azərbaycan rayonu. Rayon 1993-cü il oktyabrın 30-da Ermənistan tərəfindən işğal edilmişdi. 27 il düşmən tapdağında qalan rayondan demək olar ki, əsər-əlamət qalmamışdı. Tarixi abidələr dağıdılmış, təbiətə divan tutulmuşdu. Rayon ərazisində yerləşən Avropanın ən böyük çinar meşəsi də yağı düşmən tərəfindən məhv edilmişdir.

    İşğalla barışmayan Azərbaycan xalqı böyük səbrsizliklə torpaqlarını işğaldan azad etmək üçün öz Ali Baş Komandanından “döyüşə” əmrini gözləyirdi. Çünki onlar yaxşı bilirdi ki, Ermənistan və onun havadarları, xalqımıza və dövlətimizə qarşı daima məkrli və qərəzli siyasət yeridən beynəlxalq təşkilatlar heç vaxt o torpaqları sülhlə qaytarmayacaq. Nəhayət o gün gəldi, 2020-ci ilin 27 sentyabrında işğala son qoymaq üçün əks hücum əməliyyatı başladı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ordumuz döyüşün ilk saatlarında, o zamankı “təmas xətti”ndə yaradılmış istehkamları aşaraq öz tarixi torpaqlarını işğaldan azad etməyə başladı. Xalq öz liderinin ətrafında sıx birləşərək dəmir yumruq yaratdı. Günlər ötdükcə torpaqlarımız bir-bir azad edilir, hər gün ölkə başçısı xalqımıza müjdəli xəbərlər verirdi. Təqvimdə 20 oktyabr 2020-ci il. Ölkə başçısı cənab İlham Əliyev ənənəyə sadiq qalaraq xalqa növbəti müraciətini edir, azad olunan yaşayış məntəqələrinin adlarını sadalayır və əlindəki kağızı qatlayıb kənara qoyaraq: “və” deyir. Ekran qarşısında cənab Prezidenti səbrsizliklə dinləyən milyonlar bir anlıq nəfəsini tutur. Cənab Prezident davam edir “Zəngilan şəhəri”. Xalqın sevincinin həddi-hüdudu yoxdur, sevinc göz yaşları içində alqışlar ...

    Böyük strateji əhəmiyyətə malik Zəngilan rayonunun düşməndən azad olunması xəbəri bu ərazilərdən köçkün düşmüş insanların ağrı-acılarına ən yaxşı məlhəm oldu. Uzun illər torpaqlarımızı əllərində saxlamış erməni vandalları Vətənimizin bu gözəl diyarındakı tarixi abidələri də yerlə yeksan etmiş, məzarlıqları vəhşicəsinə dağıtmış, qəbirləri təhqir etmişdilər. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Xudayar Yusifzadənin oxuduğu "Vətən yaxşıdır" mahnısı həmin günlərdə hamını kövrəldirdi. 

    Artıq Zəngilan azad idi. 23 dekabr 2020-ci il Zəngilanın tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyev həmin gün Zəngilanda Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr günü Zəngilan Şəhəri Günü kimi qeyd olunur. İşğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi Vətən müharibəsində qazanılmış qələbəni tarixiləşdirməyə, əbədiləşdirməyə xidmət edir. İndi bu günü Qələbə ovqatı ilə, Zəfər sevinci ilə, bu sevinci bizə bəxş edən şəhidlərə minnətdarlıq və ehtiram hissi ilə qeyd edirik. Nə qədər sevincli günlər yaşasaq da, erməni vandalizmini, erməni zülmünü, vəhşiliyini, barbarlığını heç vaxt unutmayacağıq.

    44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdıqdan sonra Prezident İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarından azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanıldı. Düşmənlərdən təmizlənmiş ərazilərdə elə ilk olaraq Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsi həyata keçirildi. Elə hal-hazırda da Zəngilanda aparılan abadlıq bərpa işləri sürətlə davam edir. Bütün bu işlər ölkəmizin iqtisadi gücünün isbatıdır. Bu işlərin keyfiyyətli və belə sürətli aparılmasında cənab Prezident İlham Əliyevin danılmaz xidmətləri vardır. Mütəmadi olaraq bu işlərə yerində baxış keçirir, lazımi tapşırıqları verir

    İndi Zəngilana həyat qayıdıb, mərhələli şəkildə əhali öz yurdlarına köçürülür, abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. 

     

    Elxan Rəcəbov
    YAP Masallı rayon təşkilatının fəalı.

     

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ