Masallıda “Ümumdünya statistika günü” ilə əlaqədar tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Ümumdünya statistika günü” ilə əlaqədar tədbir

    Masallıda “Ümumdünya statistika günü” ilə əlaqədar tədbir

     09 oktyabr 2025-ci il tarixində Masallı Rayon Statistika İdarəsi tərəfindən “Ümumdünya statistika günü” ilə əlaqədar Masalli “Asan xidmət” mərkəzində tədbir keçirilmişdir. 
    İlk öncə Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilmişdir. 

    Tədbirdə Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə, Masallı RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov, şöbənin baş məsləhətçisi Arif Əzimov, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri və sahibkarların statistik hesabat təqdim edən məsul əməkdaşları olmaqla 120 statistik vahid iştirak etmişdir.

     Tədbiri giriş sözü ilə açan Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə bu günün təsis edilməsində məqsədin statistikanın cəmiyyətin inkişafında rolunu vurğulamaq, rəsmi statistikanın etibarlılığını, peşəkarlığını və faydasını nümayiş etdirmək, statistika mədəniyyətini, şəffaflığını və məlumat mübadiləsini təşviq etmək olduğunu qeyd etmişdir. Milli statistika sisteminin inkişafının məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, milli statistik təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, metaməlumatların işlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və s. istiqamətlərdə mühüm tədbirlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 

    İdarə rəisi çıxışında rayon rəhbəri cənab Araz Əhmədova tədbirin keçirilməsində göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirmiş və rayon rəhbərliyinin idarəetmə prosesində, rayonun sosial-iqtisadi inkişaf prosesində statistik məlumatların obyektivliyinə və etibarlılığına xüsusi önəm verdiyini vurğulayaraq, onların tətbiqini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdiyini qeyd etmişdir.

    Masallı RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov çıxış edərək Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun “Ümumdünya Statistika günü” münasibətilə təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, həmçinin statistik məlumatların dövlət idarəçiliyində, sosial-iqtisadi inkişafın planlaşdırılmasında və qərarların qəbulunda mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

     Daha sonra Masallı Rayon Statistika İdarəsinin əməkdaşları Ülfət Məmmədov, Tərahim Kərimli, Savalan İsgəndərli, Elmin Əliyev və Babək Abdullayev tərəfindən idarənin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, əhalinin demoqrafik göstəriciləri, təbii artımın və doğumun azalma səbəbləri, gec nikah tendensiyası, ölənlərin səbəbləri, süni intellektin statistikada tətbiqi və sahibkarlar statistika ilə bağlı nələri bilməlidir mövzularında çıxış edərək tədbir iştirakçılarını məlumatlandırmışdırlar.

     Həmçinin, statistikada 45 illik əmək fəaliyyəti ilə fərqlənən veteran işçi Aydın Nurəliyev öz çıxışında statistikanın inkişaf mərhələləri və yadda qalan peşə təcrübələrindən bəhs etmişdir. 
    Sonda Masallının statistik göstəricilərinin rəqəmlərdə əks olunmasına birlikdə töhfə vermək üçün tədbir iştirakçılarından sosial media hesablarında #Masallırəqəmlərdə həştəqi ilə tədbirdən şəkillər, statistikaya dair maraqlı fikirlər, qısa status və ya videolar üzrə  paylaşımlar edilməsi xahiş olunmuşdur.












    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    2. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    3. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    4. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    5. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    7. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    9. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    10. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    11. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    12. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    13. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    16. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    18. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    19. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    20. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    21. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    22. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    23. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    24. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    27. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    28. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    30. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    33. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    35. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    36. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    37. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    38. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    39. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    40. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ