Şəhid Elgün Mikayıllının şəhadətinin 5-ci ildönümü anıldı
- Bu gün, 19:29
- Maraqlı
- 0
- 10
16 oktyabr 2025-ci il tarixində Masallı rayonunun Xıl kəndində şəhid Mikayıllı Elgün Aqil oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Elgün Mikayıllının şəhadətə yüksəlməyinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şöbənin böyük məsləhətçisi Nurlan Muradov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Sənan Sadıqov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri ilə birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.