Şəhid Əlimərdan Quluzadənin şəhadətinin 5-ci ildönümü anıldı
- 7-10-2025, 14:43
- Maraqlı
- 0
- 124
07 oktyabr 2025-cü il tarixində Masallı rayonunun Yeddioymaq kəndində şəhid Quluzadə Əlimərdan Fəttah oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Əlimərdan Quluzadənin şəhadətə yüksəlməyinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Sənan Sadıqov, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər