Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu

05 iyul 2025-ci il tarixdı Masallı şəhər “Cümə” Məscidində və Masallı rayon Boradigah qəsəbə sahə xəstəxanasında Qafqaz Müsəlmanları idarəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transsfuziya İnstitutunun Mərkəzi Qan Bankının Lənkəran Regional Bölməsi tərəfindən Məhərrəm ayının “Aşura günü” mərasimi ilə əlaqədar könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiyada rayonunun müxtəlif zümrələrindən olan insanlar qan və qanyardıcı xəstəlikdən əziyyət çəkən xəstələrə yardım məqsədi ilə qan vermiş, “Aşura günü” və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxumuşlar.