Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir

    Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir


    23 iyun 2025-ci il tarixində Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilmişdir.

    Tədbir Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

    Tədbirdə ilk olaraq Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması münasibətilə təbrik etmiş, eyni zamanda Başçının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmova uzunmüddətli səmərəli fəaliyyətinə görə qiymətli hədiyyə təqdim etmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, onların fəaliyyətində uğurlar arzulamışdır. O, çıxışı zamanı vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, çevik və funksional idarəetmə strukturunun formalaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. 2000-ci ildə qəbul olunmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə müasir yanaşmanın əsasları qoyulmuşdur. Prezident İlham Əliyev tərəfindən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi, onların əməyinin qiymətləndirilməsi və cəmiyyətdəki rolunun artırılması istiqamətində dövlət səviyyəsində davamlı addımlar atılır və hərzaman diqqət mərkəzində saxlanılır.

    Tədbir çərçivəsində dövlət qulluğunda fərqlənmiş bir qrup dövlət qulluqçusuna Masallı rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.
    Eyni zamanda, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin sədri Camal Hüseynov çıxış edərək dövlət qulluqçularını təbrik etmiş, bir qrup əməkdaşa fəxri fərman və hədiyyələr təqdim etmişdir.

    Tədbirin sonunda çıxış edən başçının müavini Adəm Məhərrəmov, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən Həbib Həbibov, Mətanət Paşayeva və başqaları dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova təşəkkürlərini bildirmişlər.




















    ​​​​











    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ