Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Fəttayev Elvin Sabir oğlu Azərbaycan Respublikasının Prezidenti tərəfindən medalla təltif olunmuşdur.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Dövlət qulluqçularının təltif edilməsi haqqında müvafiq Sərəncamı ilə Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Fəttayev Elvin Sabir oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.