Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat

Masallı rayon İcra Hakimiyyətinin vakant olan 4 vəzifəyə yeni təyinatlar olmuşdur.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun 24 iyun 2025-ci il tarixli müvafiq Sərəncamı ilə vakant olan Masallı RİHB-nın Birinci Səmədxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə “Tərəqqi” medallı Abdullayev Əlimərdan Rəcəb oğlu və Masallı RİHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə isə Talıbov Hikmət Ataxan oğlu təyin olunmuşdur.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun 25 iyun 2025-ci il tarixli müvafiq Sərəncamı ilə vakant olan Masallı RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə Kərimov Afəddin Ənvər oğlu və Masallı RİHB-nın Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə isə Abdullayev Rövşən Hafiz oğlu təyin olunmuşdur.