• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib

    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
    İbrahim bin Əbdülrəhman əl-Ömər İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Saudun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini qeyd edərək, Azərbaycanda gördükləri inkişaf proseslərinin, mədəniyyət və arxitektura nümunələrinin, xüsusilə Heydər Əliyev Mərkəzinin gözəlliyinin nümayəndə heyəti üzvlərində dərin təəssürat yaratdığını vurğuladı.
    Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanda gedən böyük quruculuq işlərinin, ən müasir infrastrukturun yaradılmasının iqtisadiyyatın bütün sahələrinə, o cümlədən turizmin inkişafına böyük təkan verdiyini vurğuladı.
    Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq əlaqələrinin genişləndiyi, ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, İbrahim bin Əbdülrəhman əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu, hökumətlərarası komissiyanın əməkdaşlığın inkişafı işinə töhfə verdiyi qeyd edildi.
    Söhbət zamanı, həmçinin bildirildi ki, Səudiyyə Ərəbistanı Azərbaycanla əməkdaşlığı genişləndirməkdə və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymaqda maraqlıdır. Məmnunluq ifadə olundu ki, bir il ərzində Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı dəfələrlə artıb.
    Görüşdə ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, energetika, investisiya, bərpa olunan enerji mənbələrinin yaradılması, turizm və turizm infrastrukturu, sənaye, kənd təsərrüfatı, neft-qaz, alternativ enerji, nəqliyyat və digər istiqamətlərdə əlaqələrimizin inkişaf perspektivləri müzakirə edildi, ticarət dövriyyəsinin artırılmasının və bunun üçün logistik və nəqliyyat imkanlarının araşdırılmasının vacibliyi qeyd olundu.
    Dövlətimizin başçısı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Saudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və vəliəhdə çatdırmağı xahiş etdi.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:46 Masallı RİH Başçısı 24.07.2024-cü il tarixdə Türkoba ərazisinin sakinləri ilə görüşdü
    2. 16:00 Masallıda sitrus meyvəçiliyi, çay və çəltik istehsalının artırılması ilə bağlı müşavirə
    3. 14:02 Qarabağ bir ilə yaşıl enerji regionuna çevriləcək
    4. 10:14 Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb
    5. 10:13 Masallıda nümunəvi aqroturizm təsərrüfatında tədbir keçirilib
    6. 10:11 DİQQƏT! DİQQƏT!
    7. 23:30 Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır
    8. 15:00 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Masallıda vətəndaşları qəbul etdi
    9. 11:11 Azərbaycanın strateji tərəfdaşlığı beynəlxalq nüfuzunun artmasına şərait yaradır
    10. 10:43 Azərbaycan mətbuatı dünyada nümunəvi mətbuat kimi tanınır
    11. 23:00 Azərbaycan beynəlxalq münasibətlərin sadəcə iştirakçısı deyil, qurucusu, istiqamətverici qüvvəsidir
    12. 09:00 Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunur
    13. 23:00 Azərbaycan etibarlı təchizatçıdır
    14. 21:00 Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı
    15. 23:00 Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyükdür
    16. 17:30 ƏƏSMN-nin müavini Masallıda vətəndaşları qəbul etdi
    17. 21:30 Masallıda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı seminar
    18. 18:12 Baş Prokurorluq Masallıda konfrans keçirdi
    19. 18:00 “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı ağac əkini
    20. 16:07 YAP Masallı Rayon Təşkilatı jurnalistlərlə görüş keçirdi
    21. 18:16 Masallı RİH Başçısı 17.07.2024-cü il tarixdə Ərkivan ərazisinin sakinləri ilə görüşdü
    22. 10:51 Azərbaycan jurnalistikası növbəti inkişaf mərhələsini yaşayır
    23. 21:00 Masallıda kütləvi qanvermə aksiyası keçirildi
    24. 14:51 Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var
    25. 13:40 Azərbaycan-Pakistan əlaqələri
    26. 17:00 İmzalanan sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsinə və inkişafına ciddi təsir edəcək
    27. 09:43 Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA
    28. 21:30 Azərbaycan-Pakistan münasibətlərində yeni səhifələr
    29. 22:00 Azərbaycan-Pakistan münasibətlərinin inkişafı
    30. 20:01 Masallıda “İnkişaf və tərəqqi yolunun başlanğıcı” mövzusunda konfrans
    31. 19:42 Rayon rəhbərinin 12 iyul 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    32. 23:00 Masallı RİH Başçısı 10.07.2024-cü il tarixdə Həsənli ərazisinin sakinləri ilə görüşdü
    33. 12:39 Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Zirvə görüşü keçirilib
    34. 22:00 Şuşada Turk Dövlətləri Təşkilatının Zirvə görüşü keçirilib
    35. 22:00 Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada Zirvə görüşü kecrilmişdir
    36. 20:01 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar dəyirmi masa
    37. 14:56 Azərbaycan və ŞƏT üzv dövlətləri arasında ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir
    38. 12:30 Ələt Beynəlxalq Dəniz Ticarət limanı regionun yaşıl ticarət məkanına çevrilir
    39. 18:33 İranın yeni prezidenti seçildi
    40. 15:37 Beynəlxalq yük və sərnişin daşımalarının mexanizmi dünya təcrübəsi əsasında daha da optimallaşdırılır
    «    İyul 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ