Azərbaycan Prezidentinə yazırlar
- Dünən, 12:28
- Maraqlı
- 0
- 49

Hörmətli cənab Prezident,
Uzun illərdən bəri dövlət müstəqilliyimizin yolunda tutduğunuz uğurlu strateji yol Vaşinqtonda keçirilən görüşlərdə və imzalanan sənədlərdə özünü tam doğrultdu.
Əminik ki, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Ağ evdəki görüşünün nəticələri bölgədə münasibətlərin normallaşmasına xidmət edəcək və ölkəmiz üçün yaxşı iqtisadi fayda vəd edir.
Sizin çıxışlarınızı, xüsusən də beynəlxalq arenalarda söylədiyiniz fikirləri, dünya ictimaiyyətinə vacib çağırışlarınızı və mesajları çox diqqətlə izləyir, böyük fəxarət və qürur hissləri küçirirəm.
Hörmətli Prezidentimiz, Sizin sülhün əldə olunmasında göstərdiyiniz xidmətləri Azərbaycan tarixinin parlaq epopeyası adlandırırıq. Apardığınız uğurlu siyasəti masallılar, rayon ictimaiyyəti və ağsaqqalları dərindən başa düşərək ürəkdən dəstəkləyirlər.
Bir daha Sizə dərindən təşəkkür edir, cansağlığı arzulayırıq.
Hörmətlə,
Niftiyev Ələşrəf Nuru oğlu, Masallı Ağsaqqallar Şurasının sədri, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli, yazıçı-publisist, jurnalist
Azərbaycan Respublikası, Masallı rayonu