Azərbaycan Prezidentinə yazırlar
- Dünən, 12:30
- Maraqlı
- 0
- 71

Hörmətli cənab Prezident,
Sizin Amerika Birləşmiş Ştatlarına səfəriniz zamanı tarixi razılaşmaların əldə olunması, xüsusilə də Birgə Bəyannamənin və digər vacib sənədlərin imzalanması bizi çox sevindirdi və qürurlandırdı. Bu, Sizin əldə etdiyiniz növbəti möhtəşəm qələbədir. Bu mühüm hadisə tarixin son illərdə yazılmış yeni parlaq səhifəsidir. Uğurlu diplomatiyanız və qətiyyətli mövqeyinizlə Siz Qafqazda sülhün təmin olunması istiqamətində çox böyük iş gördünüz.
Qarabağ uğrunda döyüşlərdə bizim iki övladımız şəhid olub. Vaşinqtonda sülhlə bağlı razılaşmanın əldə edilməsi, sənədlərin imzalanması şanlı Zəfərimizdən sonra dərdimizə növbəti dəfə məlhəm oldu.
Cənab Prezident, fürsətdən istifadə edərək biz şəhid ailələrinə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Ziba Əsgərli və Bayram Əsgərli, iki şəhidin valideynləri
Azərbaycan Respublikası, Masallı rayonu, Viləş kəndi