• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » MASALLI: “Google” departament müdiri Ərkivanda – doğma məktəbdə

    MASALLI: “Google” departament müdiri Ərkivanda – doğma məktəbdə

    Dünyaca məşhur informasiya texnologiyaları şirkətində çalışan həmvətənimiz Rüstəm Həşimovla görüş

    Masallı rayonunun şəhid Əlvan Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbində, adı çəkilən təhsil ocağının məzunu, dünyanın ən nüfuzlu şirkətlərindən olan “Google”də (ABŞ) məsul vəzifədə işləyən Rüstəm Həşimovla görüş keçirilib.
    Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məmmədağa Sadıqov ölkədə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, şagirdlərə fəxri qonaq haqqında məlumat verib.
    Bildirilib ki,  Rüstəm Rəsul oğlu Həşimov 13 dekabr 1990-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 1996-cı ildə Ə.Bağırov adına Həsənəküçə tam orta məktəbinə gedib, təhsilini Lənkəran liseyində (2002-2007) davam etdirib. Sonra Ankaranın Orta Şərq Texniki Universitetində (2007-2012) kompüter mühəndisliyi üzrə təhsil alıb.
    Tələbə ikən üç ay “Microsoft” şirkətinin baş ofisində təcrübəçi kimi çalışdıqdan sonra – 2013-cü ildən daimi iş təklifi alıb. Türkiyəyə qayıdıb universitet təhsilini başa vurandan sonra Amerika Birləşmiş Ştatlarına köçüb. Bir müddət “Microsoft”da (Vaşinqton ştatının Sietl şəhərində) işlədikdən sonra “Facebook”da (2017-ci ildən, Nyu-York şəhərində) çalışmağa başlayıb – proqram təminatı üzrə baş mühəndis vəzifəsinə yüksəlib. Hazırda “Google”də (Kaliforniya ştatının San Fransisko şəhərində) Bulud texnologiyaları departamentində şöbə müdiri işləyir.
    Qeyd edək ki, Bakıda 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında (4-7 dekabr, 2018-ci il) Rüstəm Həşimovun  “Onlayn platformalarda individual tövsiyə sistemləri: Müasir dövrdə proqram təminatının işlənib hazırlanması və onun nəticələri üzrə praktiki nümunənin araşdırılması” məruzəsi dinlənilib.
    “Yeni həyat” (Masallı) qəzetinin əməkdaşı Akif Ağayev, məktəbin direktor müavini Vamiq Məmmədov, müəllimlər Mehman Məmmədov, Ədalət Ağayev, kitabxana işçisi Aynurə Əliyeva təhsil ocaqlarında təşkil olunan bu cür görüşlərin şagirdlərin elmə olan marağının artırılmasında, xüsusən müasir texnoloji biliklərin məktəblilərə aşılanmasında əhəmiyyətindən danışıb, dünyanın müxtəlif ölkələrində yaşayan və bir çox nailiyyətlər əldə etmiş Rüstəm kimi gənclərimizlə fəxr etdiklərini vurğulayıblar.
    Tədbirə onlayn şəkildə qatılan Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin məzunu, ABŞ-da yaşayan riyaziyyat elmləri doktoru, professor Tural Sadıqov Rüstəmi alicənab, yüksək potensiala malik, bacarıqlı gənc mütəxəssis kimi dəyərləndirib.
    Gənc mütəxəssis Rüstəm Həşimov karyera və təhsildə uğur qazanmağın sirrlərini məktəblilərlə bölüşüb, onları maraqlandıran sualları cavablandırıb.
    Görüşdən böyük məmnunluqla ayrılan iştirakçılarla xatirə şəkilləri çəkilib.

    Akif VAQİFOĞLU,
    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:23 Masallı rayonunda çəltik əkini
    2. 14:41 XANKƏNDİ SAMMİTİ AZƏRBAYCANIN SİYASİ GÜCÜNÜN TƏCƏSSUMUDUR
    3. 17:21 Tarixin səssiz şahidinə yeni baxış- Eminli küp qəbri -Antike Welt-Zeitschrift fur Archäologie und Kulturgeschichte “ jurnalında
    4. 16:29 Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisi
    5. 23:30 Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib
    6. 23:30 İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib
    7. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    8. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    9. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    10. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    11. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    12. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    13. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    14. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    15. 17:04 Ziyalı işığında                                                                              
    16. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    17. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    18. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    19. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    20. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    21. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    22. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    23. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    24. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    25. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    26. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    27. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    28. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    29. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    30. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    31. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    32. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    33. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    34. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    35. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    36. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    37. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    38. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    39. 19:56 Qalıb Azərbaycan Ordusu
    40. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ