İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 4-də, saat 10:00-da Yardımlı rayon prokurorluğunun inzibati binasında Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yardımlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Bildirirk ki, keçiriləcək qəbula gəlmək istəyən Masallı rayon sakinlərindən müvafiq qaydada qeydiyyatdan keçmək üçün yalnız prokurorluq orqanlarının səlahiyyətlərinə dair məsələlərlə bağlı rayon prokurorluğuna müraciət etmələri xahiş olunur.
Masallı rayon prokurorluğunun əlaqə telefonu:
025-21-5-34-35.
Hörmətlə,
Vəli Mustafayev,
Masallı rayon prokuroru,
Baş ədliyyə müşaviri.