İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri   » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  

    İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  

          Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.

    Bu gün görüşümüzə başlayarkən mən, ilk növbədə, Şavkat Miromonoviçi öz adımdan və bütün Azərbaycan xalqı adından tarixi nailiyyət – futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etdim və dedim ki, bu uğur təsadüfi deyil. Bu, özbək idmançıların beynəlxalq arenada, o cümlədən Yay Olimpiya Oyunlarında nümayiş etdirdikləri şanlı idman qələbələrinin davamıdır. Əlbəttə, bu, həm də rəhbərliyin və Prezidentin gənclərin təlim-tərbiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsidir.

    Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik.

    Bu gün sahə nazirlərinin qarşılıqlı fəaliyyətimizin müxtəlif istiqamətləri üzrə hesabatları dinlənildi. Biz bu gün həm əmtəə dövriyyəsini, həm də qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətini bir daha təsdiqlədik.

    Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur. Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq. Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir.

    Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, - mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, - xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır.

    Biz özbək dostlarımıza məsləhət yardımlarına və kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduqlarına görə minnətdarıq. Özbəkistan şirkətlərinin bu sahədə təcrübəsi bizim üçün çox qiymətlidir. Bu gün, həmçinin konkret olaraq həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələri xüsusi müzakirə etdik.

    Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.

    Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk.

     



    Leyla Cabbarova,
    Masallı rayonu Qasımlı kənd sakini

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    2. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    3. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    4. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    5. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    7. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    9. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    10. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    11. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    12. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    13. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    16. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    18. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    19. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    20. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    21. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    22. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    23. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    24. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    27. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    28. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    30. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    33. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    35. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    36. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    37. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    38. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    39. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    40. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ