“8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir   » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  

    “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  


    Azərbaycanın müasir enerji siyasəti son illər ölkəmizin iqtisadi dayanıqlığını təmin etməklə yanaşı, onu beynəlxalq enerji bazarlarında etibarlı və güclü tərəfdaş kimi tanıtdırıb. Mingəçevirdə istifadəyə verilən "8 Noyabr" Elektrik Stansiyası isə bu siyasətin təntənəli təcəssümüdür. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, "Bu stansiya Azərbaycanın enerji potensialını əhəmiyyətli dərəcədə artırır, enerji sistemimizin səmərəliliyini yüksəldir və Mingəçevirin Cənubi Qafqazdakı energetika mərkəzi mövqeyini daha da möhkəmləndirir." Azərbaycanın enerji strategiyası təkcə daxili tələbatı qarşılamır. Bu strategiya qlobal enerji təhlükəsizliyinə real töhfələr verir, yeni beynəlxalq əməkdaşlıqlara yol açır və yaşıl enerji bazarında Azərbaycanı qabaqcıl mövqelərə çıxarır. 

    Hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində əsas təminatçılardan biri kimi tanınır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Bu gün Azərbaycan qazı 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə ixrac olunur." Avropa İttifaqı isə Azərbaycanı "etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı" adlandırır. "8 Noyabr" Elektrik Stansiyasının rekord müddətdə - cəmi iki il ərzində inşa edilməsi ölkəmizin enerji sektorunda idarəetmə çevikliyini, yerli mütəxəssislərin yüksək peşəkarlığını və beynəlxalq əməkdaşlığın səmərəsini bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev xüsusi olaraq bildirib: "Həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Bu stansiyanın inşasında bu ölkələrin şirkətlərinin mühüm payı var."

     Azərbaycanın gələcəyə baxan enerji siyasətində yaşıl enerji xüsusi yer tutur. Dövlətimizin başçısı bu istiqamətdə qarşıya böyük hədəflər qoyub: "2030-cu ilə qədər Azərbaycanda bərpaolunan enerji gücü 6500 meqavata çatdırılacaq." Çin şirkətləri bu prosesdə əsas tərəfdaş kimi çıxış edir və Azərbaycanda yeni Günəş elektrik stansiyalarının təchizatını təmin edirlər. Enerji siyasəti iqtisadi amil olmaqla yanaşı, milli təhlükəsizlik məsələsidir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Mingəçevir su anbarı və elektrik stansiyasına qarşı raket hücumları bu obyektlərin ölkəmiz üçün nə qədər həyati əhəmiyyət kəsb etdiyini bir daha göstərdi. Prezident İlham Əliyev bu hadisələri belə xatırladır: "Ermənistan bizi hədələmək üçün Mingəçevir su anbarını və elektrik stansiyasını bombalamaq təhdidini açıq şəkildə səsləndirirdi. Bu, mülki infrastruktura qarşı törədilən hərbi cinayət idi." 




    Akif Həmidov,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi

     

     

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ